Əsas Səhifə > Dünya > İRAN DÜNYAYA GÜC GÖSTƏRDİ

İRAN DÜNYAYA GÜC GÖSTƏRDİ


17-04-2012, 16:00
İRAN DÜNYAYA GÜC GÖSTƏRDİ

FARS-MOLLA REJİMİ HƏRBİ PARAD KEÇİRİB

İranda bu gün Milli Ordu Günü qeyd olunur. Bu barədə Trend IRINN telekanalına istinadən məlumat verir.

Əlamətdar tarixlə əlaqədar Tehranda hərbi parad keçirilir. Paradda Prezident Mahmud Əhmədinejad, müdafiə naziri Əhməd Vəhidi, generallar, İranda akkreditə olunan səfirliklərin hərbi attaşeləri iştirak edirlər.

Paradda quru və hərbi-dəniz qüvvələrinin bölmələri, digər qoşun növləri, HHQ-nin aviasiyası iştirak edir.

Parad İmam Xomeyninin məqbərəsinin yaxınlığında keçirilir.

Paradın keçirilməsi ilə əlaqədar Tehranın bütün aeroportları 4 saat müddətinə bağlanıb.


Geri qayıt