Əsas Səhifə > Cəmiyyət > İSA QƏMBƏR GEDƏSİ OLMADI?

İSA QƏMBƏR GEDƏSİ OLMADI?


17-04-2012, 13:40
İSA QƏMBƏR GEDƏSİ OLMADI?

“BAŞQANLIĞA NAMİZƏDLİK MƏSƏLƏSİ DAYANDIRILIB”

“İsa Qəmbərin yenidən Müsavat başqanlığına namizədliyi müzakirə olunmayacaq”. Bu barədə Müsavat başqanının müavini Gülağa Aslanlı partiya başqanlığına namizədlik məsələsi ilə bağlı Modern.az-a açıqlamasında deyib. Partiya funksioneri başqanlığa yeni namizədlərin olub-olmaması ilə suala cavabında bildirib ki, bu məsələ artıq dayandırılıb. G.Aslanlının sözlərinə görə, partiyanın qurultayının günü müəyyən olmadığından yeni şəxslərin namizədliyi də müzakirə mövzusu deyil:

Bu barədə Müsavat başqanının müavini Gülağa Aslanlı partiya başqanlığına namizədlik məsələsi ilə bağlı açıqlamasında deyib. Partiya funksioneri başqanlığa yeni namizədlərin olub-olmaması ilə suala cavabında bildirib ki, bu məsələ artıq dayandırılıb. G.Aslanlının sözlərinə görə, partiyanın qurultayının günü müəyyən olmadığından yeni şəxslərin namizədliyi də müzakirə mövzusu deyil:
“Məsələ burasındadır ki, Müsavat Partiyasının qurultayının günü təyin olunmayınca, başqanlığa namizədlərin irəli sürülməsi proseduru dayanmış hesab olur. Ancaq qurultayın günü müəyyən olandan sonra təşkilat komitəsi bununla bağlı məlumat verəcək və namizədlərin irəli sürülməsi üçün vaxt müəyyənləşdirəcək. Hələki yer verilmədiyi, gün təyin olunmadığı üçün bu məsələ də gündəmdə deyil”.

G.Aslanlı İsa Qəmbərin yenidən başqanlığa namizədliyinin irəli sürülməyəcəyini deyərək qeyd edib ki, bu məsələ partiyada bir daha nüzakirə olunmayacaq.

“İsa Qəmbərin yenidən Müsavat başqanlığına namizədliyi ilə bağlı partiyada müzakirələr aparılmır. Partiya nizamnamə əsasında öz işini qurmaqda israrlıdır”-deyə G.Aslanlı vurğulayıb.

Başqan müavini qurultayla bağlı Mədəniyyə və Turizm Nazirliyinə ünvanladıqları məktuba da hələ də cavab ala bilmədikərini bildirib. G.Aslanlı hesab edir ki, nazirlik müxtəlif bəhanələrlə Müsavat Partiyasında cavab verməkdən imtina edir.

Qeyd edək ki, Müsavat Partiyasınn başqanı İsa Qəmbər israrlı şəkildə növbəti qurultayda başqanlığa namizədliyini verməyəcəyini açıqlayıb. Müsavat başqanlığına ən real namizəd kimi partiyanın Mərkəzi İcra Aparatının rəhbəri, hazırda həbsdə olan Arif Hacılının adı göstərilir.


Geri qayıt