Əsas Səhifə > Dünya > RUSİYA İLƏ ÇİN REKORD VURUR

RUSİYA İLƏ ÇİN REKORD VURUR


10-10-2011, 15:15
RUSİYA İLƏ ÇİN REKORD VURUR

TİCARƏT DÖVRİYYƏSİNƏ GÖRƏ

Rusiya və Çin arasındakı ticarət dövriyyəsinin həcmi cari ilin yekunlarına əsasən rekord həddə çatacaq. Bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Jukov bildirib.

Pekində keçirilən VI Rusiya-Çin İqtisadi Forumunda çıxış edən A.Jukov deyib ki, 2011-ci ilin 8 ayə ərzində iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi 50% artıb: “Bu isə ehtimal etməyə əsas verir ki, ilin sonunda ticarət dövriyyəsinin həcmi yeni rekord səviyyəyə - 70 mlrd. dollara çatacaq”.

Qeyd edək ki, 2010-cu ilin yekunlarına əsasən Rusiya və Çin arasındakı ticarət dövriyyəsinin həcmi 55,45 mlrd. dollar təşkil edib. son on ildə ticarət dövriyyəsinin həcmi 8 dəfə artıb.


Geri qayıt