Əsas Səhifə > Siyasət, Manşet > KƏRƏM HƏSƏNOVUN QOÇULARI BUZOVNADA

KƏRƏM HƏSƏNOVUN QOÇULARI BUZOVNADA


17-04-2012, 12:56
KƏRƏM HƏSƏNOVUN QOÇULARI BUZOVNADA

QAÇQINLARIN MƏSKUNLAŞDIĞI DÜŞƏRGƏNİ HANSI OLİQARX ALIB?

DİA.AZ: - Artıq Azərbaycanı tam olaraq özəlləşdirmiş oliqarx-məmurlar indi də birinci Qarabağ savaşı zamanı öz doğma yerlərini məcburi olaraq tərk etmiş soydaşlarımızın sığındıqları künc-bucaqlara tamah salıblar. Elə bunun nəticəsidir ki, bu gün qaçqınların məskunlaşdıqları yaşayış yerləri bir-birinin ardından plana salınır və ayrı-ayrı imkanlı şəxslər tərəfindən özəlləşdirilir.

Bu prosesdə isə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi oliqarxların keşikçisi, qoçusu kimi çıxış etməkdədir. DİA.AZ redaksiyasına edilən şikayətdən də aydın olur ki, Buzovna qəsəbəsi ərazisində yerləşən keçmiş pioner düşərgəsi də Kərəm Həsənov tərəfindən hansısa məmura satılıb.

Bildirək ki, həmin ərazidə 20-yə yaxın məcburi köçkün ailəsi yaşayır və onların əksəriyyətinin yaşa şəraiti olduqca acınacaqlıdır. Amma buna rəğmən yenə də Kərəm Həsənov və onun qoçuları hətta bu şəraiti belə həmin ailələrə çox görür.

Redaksiyamızı bilgiləndirən şikayətçilərdən biri bildirir ki, həmin düşərgədə məskunlaşan məcburi köçkünlərdən biri ona düşən 1 otaqda 8 nəfərlik ailəsi ilə qalması səbəbindən evinin qarşısını artırmaq fikrinə düşüb ki, bu da Kərəm Həsənovun qoçularını əməlli-başlı qəzəbləndirib:

«İndinin özündə də polislər həmin məcburi köçkün ailəsini hədəfə alıblar. Artıq həmin ailədə toy hazırlıqları var. Kasıbçılıqdır. Yeni ailəni 8 nəfərlik ailəni içinə almaq mümkün deyil, məcburdur ki, evinin qarşısında yeni artırma inşa etsin. Yüzlərlə otaqğı olan evdə yaşayan Kərəm Həsənov elə zənn etməsin ki, bizim saraylarımız var və evimizin qarşısını kefimizdən artırırıq».

Şikayətçi bildirir ki, Kərəm Həsənov keçmiş pioner düşərgəsini hansısa məmura vəd etdiyindən qaçqın ailəsinin evini artırma niyyətinin qarşısını da zor gücünə almaqla məşğuldur: «Deyirlər ki, guya artırma ərazinin gözəlliyini pozur. Biz başa düşə bilmirik, insan həyatı qiymətlidir, yoxsa, hansısa mənasız daş-kəsəyin bər-bəzəyi?».

Onu da bildirək ki, əməkdaşımız əraziyə ezam olunub və yaxın vaxtlarda daha dolğun məlumatları diqqətinizə çatdıracağıq. Bizi izləyin…


Geri qayıt