Əsas Səhifə > Siyasət, Manşet > OQTAY GÜLALIYEV TƏHLÜKƏ ALTINDADIR

OQTAY GÜLALIYEV TƏHLÜKƏ ALTINDADIR


17-04-2012, 11:56
OQTAY GÜLALIYEV TƏHLÜKƏ ALTINDADIR

SABİRABADDA BAŞ VERƏN OLAYLAR HƏBSDƏKİ QHT RƏHBƏRİNİ NARAHAT EDİB

DİA.AZ: - Məlum olduğu kimi, aprelin 16-da Bakıdan cip növlü, içi görünməyən avtomobillərdə Sabirabad rayonunun Minbaşı kəndinə gedən naməlum əməliyyatçılar rayonda etiraz aksiyası keçirən fəallara qarşı əməliyyat keçiriblər.

Son dəqiqə aldığımız məlumata görə, həbs olunanlar ikisinin kimliyi məlum olub. Onlar Gülverdi Mahmudov və Mənsur Yolçıyev adlı Minbaşı kənd sakinləridir. Qeyd edək ki, bu saatlarda əməliyyat davam edir. Həbs olunanların sayı 13-ə çatıb.

Onu da bildirək ki, Sabirabadda vəziyyət olduqca gərgindir və bir neçə gün əvvəl «Kür» Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev də şərlənərək həbs olunub. Amma verilən xəbərlərdən aydın olur ki, Oqtay Gülalıyevə qarşı əlavə təxribatlar da ola bilər.

Bu barədə DİA.AZ-ı məlumatlandıran mənbə bildirir ki, hazırda «Kür»ün koordinatoru tək saxlanılır və onun yanına tez-tez naməlum adamlar da girib-çıxır. mənbəmiz bildirir ki, Oqtay Gülalıyev ona verilən yeməklərdən də şübhələndiyindən çox ehtiyatlanır: «QHT rəhbərinə verilən yeməyin keyfiyyəti çox aşağıdır və şübhəli qoxular gəlir».

Məlumatı verən mənbə onu da bildirdi ki, Oqtay Gülalıyev zəhərlənə biləcəyindən ehtiyatlanır və artıq belə bir təhlükəni hiss edir: «Məlumdur ki, onunla bağlı təxribat xarakterli planlar da var. Digər yandan da Sabirabadda baş verən mübhəm həbslərdən də aydın olur ki, Oqtay Gülalıyev həyatının təhlükə altında olmasından haqlı olaraq narahatçılıq keçirir».

Mövzu diqqətimizdədir.


Geri qayıt