Əsas Səhifə > Hadisə > İSMƏT ABBASOV HƏBS OLUNA BİLƏR

İSMƏT ABBASOV HƏBS OLUNA BİLƏR


16-04-2012, 16:31
İSMƏT ABBASOV HƏBS OLUNA BİLƏR

BU YÖNDƏ TƏDARÜKÜN GÖRÜLDÜYÜ BİLDİRİLİR

Uzun müddətdir ki, kənd təsərüfatı naziri İsmət Abbasovun “vurulması” istiqamətində aparılan mübarizə yekunlaşmaq üzrədir.

Daxil olan məlumatlara görə, ölkənin bir neçə iri məmur oliqarxının hədəfində olan İsmət Abbasovun “Evrovison” mahnı müsabiqəsindən sonra həbsi gözlənilir. Hətta İsmət Abbasova hamilik edən şəxslər də ona qarşı arxalarını çeviriblər.

Bildirilir ki, artıq Kənd Təsərüfatı Nazirliyində İsmət Abbasovu ifşa edəcək materiallar toplanılması istiqamətində Hesablama Palatası ilə Maliyyə Nazirliyi hərəkətə keçib. Nazirliydə yoxlamalar bitdikdən sonra dövlət başçısına toplanılan faktlar təqdim olunacaq. Sonra İsmət Abbasov məsələsi parlamentdə müzakirəyə çıxarılaraq iki dövlət qurumunun apardıqları yoxlamalar nəticəsində nazirliyin qeyri-qanuni əməliyyatları və ölkədə rezonans doğuracaq hesabatı dinləniləcək.

İsmət Abbasovun “vurulması” xüsusi ilə nazirin bir başa nəzarətində olan “Aqrolizinq” ətrafında cəryan edəcək. Eyni zamanda, nazirin bir çox işlərinin üstünün açılması da onun əleyhinə işləməyə başlayacaq.

Məlumatlarda bundan əlavə qeyd edilir ki, məsələyə Baş Prokurorluq yanında Korrupsiya İdarəsi də müdaxilə edə bilər. Çünki “Aqrolizinq” qurumunun xətti ilə ciddi kübrə və dərman əməliyyatları, həmçinin böyük kreditlərlə traktorların və başqa texnikaların alınması həyata keçirilib və milyonlarla manat vəsait mənimsənilib.

Qeyd edək ki, bu məsələnin həm də siyasi məsuliyyəti var. Dövlət başçısı İlham Əliyev ölkənin ərzaq təhlüksizliyi ilə bağlı məsələlərə ciddi yanaşır və taxıl istehsalçılarına hər hektara dövlət tərəfindən 40 manat kompensasiya verilməsi bunun nəticəsidir. Əgər KT-nin ətrafında iddialar təsdiqlənsə, o zaman subsidiyalarda baş verən maliyyə maxinasiyalarının korrupsiya faktından daha böyük cinayət olduğu üzə çıxacaq və bununla da kənd təsərrüfatı naziri İsmət Abbasov vəzifəsini itirməklə yanaşı məsuliyyətə də cəlb olunacaq. / Azerinews.org /


Geri qayıt