Əsas Səhifə > Partiya > İSLAM PARTİYASINDAN İTTİHAM

İSLAM PARTİYASINDAN İTTİHAM


10-10-2011, 14:49
İSLAM PARTİYASINDAN İTTİHAM

HAKİMİYYƏT REPRESSİYA MAŞININI İŞƏ SALIB

DİA.AZ: - Bu gün İslam Partiyası rəhbərliyi və həbs edilənlərin hüquqlarını Müdafiə Komitəsi partiyanın müvəqqəti ofisində mətbuat konfransı keçirib.

Tədbirdə AİP sədri Mövsüm Səmədov da daxil olmaqla, islamçıların həbsi pislənilib. Bu həbslər saxta, uydurma və əsassız adlandırılıb.

Qeyd olunub ki, bir qrup dindarın Azərbaycanda islam rejimini yaratmaq cəhdi barədə PA-nın rəhbəri Ramiz Mehdiyevin çıxışından sonra Bakıda islamçılara qarşı təqib və təzyiqlər artıb. Partiya Məclisinin üzvü Natiq Ağayevin sözlərinə görə, Mehdiyev bu bəyanatla Sankt-Peterburqda çıxış edib.

O, cəzaların ağır olduğunu qeyd edib ki, bu da özünü həbs müddətinin uzun olmasında göstərir.

Xatırladaq ki, altı nəfər islamçı hakimiyyətin zorla ələ keçirilməsində və digər cinayətlərdə ittiham olunaraq 10 ildən 14 ilədək azadlıqdan məhrum edilib.


Geri qayıt