Əsas Səhifə > Hadisə > BAKIDA NEFT BURUĞUNDA YANĞIN OLUB

BAKIDA NEFT BURUĞUNDA YANĞIN OLUB


16-04-2012, 11:51
BAKIDA NEFT BURUĞUNDA YANĞIN OLUB

150 KV.M SAHƏ TAMAMƏN YANIB

Bakıda neft buruqlarında yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Sabunçu rayonunda "Balaxanıneft" NQÇİ-nin ərazisində 150 kv.m sahədə mazut və məişət tullantıları yanıb.

Yaxınlıqdakı evlər və neft buruqları yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Geri qayıt