Əsas Səhifə > Hadisə > YENƏ POLİS ZORAKILĞI

YENƏ POLİS ZORAKILĞI


10-10-2011, 13:56
YENƏ POLİS ZORAKILĞI

MƏHKƏMƏ ÖNÜNDƏ DAHA BİR DİVANTUTMA ƏMƏLİYYATI

Nəsimi rayon Məhkəməsində müxalifətçi gənclərə hökm oxunduqdan sonra məhkəmə binasının önündə toplaşmış müxalifətçilərlə polis arasında qarşıdurma olub. Bu barədə musavat.com-a "Yeni Müsavat"ın reportyoru Leyla İlqar məlumat verib.

Onun sözlərinə görə, qarşıdurmanın səbəbi gənclərə çıxarılan hökmü olduqca ədalətsiz hesab edən insanların hökmə etiraz etməsi olub. Onlar gənc məhbuslara azadlıq tələb edən şüarlar səsləndiriblər. Bu zaman ətrafda toplaşmış polislər onların üzərinə hücum edib, müxalifət fəallarının dəyənəklərlə vurmağa başlayıblar. Müsavat fəalı Rauf Məmmədli və onun atasının başına zərbələr endirilib, Səxavət Soltanlı, Ramil Baxış və AXCP funksioneri Təzəxan Mirələmli həbs edilərək Nəsimi Rayon Polis İdarəsinə aparılıblar.


Geri qayıt