Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > OQTAY GÜLALIYEVƏ QARŞI TƏXRİBAT PLANI

OQTAY GÜLALIYEVƏ QARŞI TƏXRİBAT PLANI


15-04-2012, 18:17
OQTAY GÜLALIYEVƏ QARŞI TƏXRİBAT PLANI

QHT RƏHBƏRİNİN HƏBSİNİ PREZİDENT ADMİNİSTRASİYASI SİFARİŞ EDİB

DİA.AZ: - Məlum olduğu kimi, «Kür» Vətəndaş Cəmiyyəti Qərargahının Koordinatoru Oqtay Gülalıyev Minbaşı kənd bələdiyyəsinin sədri Rufulla Qocayevin şikayəti əsasında aprelin 8-də saxlanılıb. Bələdiyyə sədri Oqtay Gülalıyev tərəfindən təhqir olunduğunu iddia edib.

Aprelin 9-da Sabirabad rayon məhkəməsinin qərarı ilə ona 12 sutka inzibati həbs cəzası verilib. Hazırda o, Sabirabad rayon polis idarəsinin müvəqqəti saxlanma təcridxanasındadır.

Saxlanılan gün Minbaşı kəndində monitorinq aparan Oqtay Gülalıyevin özü isə heç kimi təhqir etmədiyini, əksinə bir neçə kənd sakini ilə görüşən vaxtı bələdiyyə sədri və icra nümayəndəsinin onu təhqir etdiyini bildirir.

Onu da bildirək ki, DİA.AZ redaksiyasına Oqtay Gülalıyevin həbsinin əsl nədənləri ilə bağlı yeni faktlar daxil olub və aydın olur ki, əslində “Kür”ün koordinatoru sırf sifariş əsasında həbs olunub və bu sifarişin Prezident Administrasiyasından gəlməsi də şübhəsizdir.

Xatırladaq ki, həbsindən bir gün əvvəl Oqtay Gülalıyev Kür çayının daşmasından zərər çəkmiş sakinlərin durumuna işarə edərək “Azərbaycan üsyana sürüklənir” başlıqlı bəyanatla çıxış etmişdi. Və hər şey də elə buradan başlayır. Həmin zaman, yəni həbs olunduğu gün koordinatorun yanında olan "Kür" Vətəndaş Cəmiyyəti Qərərgahının həmtəsiçisi Nəsrulla Nurullayev baş verənləri belə təsvir edir:

“Bu bəyanat Oqtay Gülalıyevin həbsinin, sifarişli olduğunu subut edir. 8 aprel tarixində, biz-(mən, Məhbub Zülfüqarov) Oqtay bəyin maşını ilə saat 13 radələrində Minbaşı kəndinə yaxınlaşanda, zəng gəldi və ani olaraq Qaragüney Yol Patrul xidmətinin yanından sola burulduq, Təxmininən 1,5 km yoldan aralı Minbaşı kəndinə girdik.

Kənd sakinlərindəın qarşımıza çıxan Pirverdi adlı xəxs məsələni bilib bizdən xahiş etdi ki, onun evinə baxış keçirək. Onun evinin şəkillərini çəkib, evin vəziyyətinə baxıb qayıtdığımız 5-6 dəqiqə ərzində camaat -gələnlər, yığlışanlar oldu, bu vaxt kənd-Bələddiyyə sədri Rufulla Qocayev öz maşını ilə bizə yaxınlaşdı və təhqirlə bizim kənddən çıxmağımızı tələb etdi,- dedi ki, bu dəqiqə 3 nəfər şahidi üzünüzə durğuzdurub daşlatdırram”.

Elə bu an 2 polis maşınının - mayor Cəfərovun başçılığı onlara yaxınlaşdığını bildirən Nəsrulla Nurullayevin sözlərinə görə, polis onlara Garagüney Polis Şöbəsinə getməli olduqlarını deyib: “Şöbəyə gəldik, oradada bizi çox pis rəftar ilə qarşıladılar. Telefonlarımızı aldılar. Rəisin kabinetinə biz olan otağa hucum çəkən, yerli İH-nin nümayəndəsi Bəylər İsgəndərov Oqtay bəyi təhqir etdi, Bələdiyyə sədirinin sözlərini təkrarladı. Nəhayət ki, bizi polis maşınlarının müşahidəsi ilə Sabirabad rayon mərkəzinə gətirdilər. Oqtay bəyi içəri aparanda mən oradan aralandım və Bakıya gəldim”.

Onu da xatırladaq ki, Oqtay Gülalıyevin həbsi ilə bağlı ərazi üzrə Şirvan Şəkər Appelyasiya Məhkəməsinə şikayət edilsə də, iddia rədd edilib. Məlumatlı mənbələr isə redaksiyamıza bildirib ki, Oqtay Gülalıyevə əlavə ittiham da oxuna bilər: “Artıq bir neçə “zərərçəkmiş” hazırlanır. Və guya ki, Oqtay Gülalıyev bir qrup sakindən rüşvət alıb və onlara yeni evlərin alınmasında dəstək olacağını vəd edib”.

Mənbəmiz bu yöndə tədarükün olduğunu bildirməklə yanaşı, onu da qeyd edti ki, “Avroviziya” ərəfəsində belə bir addımın atılması hakimiyyətə baha başa otura bilər: “Hələlik Oqtay Gülalıyevə qarşı planın icrasına tam olaraq müsbət reaksiya verilməyib”.

Mövzu diqqətimizdədir. Bizi izləyin...


Geri qayıt