Əsas Səhifə > Hadisə, Manşet > PREZİDENT ƏLİ NAĞIYEVİ QƏBUL ETMİR

PREZİDENT ƏLİ NAĞIYEVİ QƏBUL ETMİR


15-04-2012, 16:48
PREZİDENT ƏLİ NAĞIYEVİ QƏBUL ETMİR

MİSİR MƏRDANOVLA DÖYÜŞÜ UDUZAN KEÇMİŞ NAZİRLƏ BAĞLI ŞOK FAKT

DİA.AZ: - “Hazırda elmi-pedoqoji fəaliyyətlə məşğulam”. Bunu bir neçə gün əvvəl açıqlamasında Yeni Azərbaycan Partiyasının qurucularından olan, sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, Azərbaycanın Belarusdakı keçmiş səfiri Əli Nağıyev bildirib. Xatırladaq ki, siyasi fəaliyyətlə məşğul olub-olmadığına dair suala cavabında sabiq YAP funksioneri söyləmişdi ki, evdə oturmaqla siyasi fəaliyyətlə məşğul olmaq olmaz: “Hazırda yalnız elmi-pedoqoji fəaliyyətlə məşğulam. Günümün əksər hissəsi də elmi araşdırmalara gedir. Bu baxımdan siyasi fəaliyyətlə məşğul olmuram”.

“Diplomatik fəaliyyəti yenicə başa vurmusunuz. Yenidən hansısa ölkəyə səfir təyinatı gözləniləndirmi” sualına cavab olaraq sabiq səfir dedi ki, o, fala baxmaqla məşğul deyil: “Səfir təyinatı birbaşa Prezidentin səlahiyyətinə aid olan məsələdir. Hazırda mənə diplomatik fəaliyyəti davam etdirmək təklif olunmayıb. Bu baş vermədiyinə görə, bu barədə danışmağa dəyməz”.

Hər halda, bu açıqlamalardan da aydın görünür ki, Əli Nağıyev yetərincə qəzəblidir. Əslində onun qəzəbli olmasına yetərincə əsas var. Hakimiyyət Əli Nağıyevi Misir Mərdanovla döyüşdə «qurban verdi». Bu isə keçmiş nazir üçün ən ağrıdanı idi. Halbuki Misir Mərdanov həmin konfliktdə kifayət qədər haqsız durumda olmasına rəğmən, hələ Əli İnsanovu güdaza verməsinin ardından qazandığı «dostlarının» sayəsində Əli Nağıyevi yenməyə müvəffəq olmuşdu. Söhbət təbii ki, həm keçmiş səhiyyə naziri Əli İsanovu həbsə atdıran və həm də günü bu gün də Misir Mərdanovu qorumaqda olan hakimiyyət içindəki rusiyameyilli qüvvələrdən gedir.

Mötəbər mənbələrdən əldə etdiyimiz bilgilərdə isə vurğulanır ki, Misir Mərdanov Əli Nağıyevin «vurulma» prosesində az qala Əli İnsanova davrandığı şəkildə davranıb. Bu barədə məlumatlı mənbənin DİA.AZ-a bildirdikləri: «Misir Mərdanovun sayəsində Əli Nağıyevin səsi yazılıb. Həmin səs yazısında isə Əli Nağıyev kimsədən çəkinmədiyini və vəzifəsindən çıxarılmasının mümkünsüzlüyü barədə danışır. Və beləcə bu lent yazısı dövlət başçısına çatdırılır».

Artıq bu kimi faktlardan «yuxarıların» da məlumatlı olduğunu bildirən hökumət içindəki mötəbər qaynaq bildirir ki, Əli Nağıyev məhz buna söykənərək yenidən dövləti vəzifə iddiasındadır: «Onun durumunu təsəvvür edin. Tikilən torba sayəsində qurban verilib. Hər halda, Əli Nağıyevin həmin fikirləri konteksindən çıxarılıb. Eynən Qubanın sabiq icra başçısı Rauf Həbibovla bağlə məqamda olduğu kimi. Amma o zamanlar internet populyar deyildi. Yoxsa Əli Nağıyevin gizli danışıqlarını da yayardılar».

Mənbəmizin məlumatlarından o da aydın olur ki, Əli Nağıyevin qəzəblənməsinin bir nədəni də onun prezident tərəfindən qəbul edilməməsi ilə bağlıdır: «Dəfələrlə keçmiş nazir prezidentlə görüşməyə çalışsa da, baş tutmayıb. Görüşün alınmamasının dəqiq səbəbləri məlum deyil. Amma Əli Nağıyevə gözləmək məsləhət bilinib və söylənilib ki, görüşü prezident istəmir».

Bu hal isə onun qanını əməlli-başlı qaraldıb. Eyni zamanda onun təkrarən hansısa vəzifəyə gətirilməsilə bağlı üidlərini də alt-üst edib.


Geri qayıt