Əsas Səhifə > Güney Press, Araşdırma > QAZ PROBLEMİ HƏLƏ 3 GÜN DAVAM EDƏCƏK

QAZ PROBLEMİ HƏLƏ 3 GÜN DAVAM EDƏCƏK


15-04-2012, 13:50
QAZ PROBLEMİ HƏLƏ 3 GÜN DAVAM EDƏCƏK

PARTLAYIŞIN FƏSADLARI: 12 METR QAZ KƏMƏRİ DAĞILIB

Ağsu-Altıağac qaz xəttində baş vermiş partlayışın nəticələri yaxın 3 gün ərzində aradan qaldırılacaq.Qaz xəttində baş verən partlayışla bağlı araşdırmalara başlanılıb. Kəmərin keçdiyi və partlayışın baş verdiyi ərazi yüksək dağlıq ərazidə yerləşdiyindən ora ilkin olaraq yol açılıb və bundan sonra ağır texnikanı bura gətirmək mümkün olub.

Hazırda partlayış baş verən ərazidə 12 metr qaz kəməri yararsız haldadır. Partlayışın gücü çox olduğundan dəmir parçaları hadisə yerindən 120 metr kənara düşüb.

Partlayışdan iki saat sonra Altıağac qəsəbəsində və Şamaxının Çuxuryurd ərazisində qazın verilişi dayandırılıb.
Hal-hazırda alternativ magistral kəmərlə qaz nəql olunur.
Qəza-bərpa işləri başa çatana qədər Altıağac qəsəbəsi qazsız qalacaq. Partlayışa səbəb kimi səslənən əsas versiya 1982-ci ildə istifadəyə verilən kəmərdə çürümənin baş verməsidir.

Xatırladaq ki, aprelin 13-də saat 23.00 radələrində Mozdok-Qazıməmməd qaz kəmərinin Şamaxı rayonundan keçən hissədində partlayış baş verib. Daha sonra yanğın başlayaıb. ANS PRESS-in məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Partlayış güclü olduğundan onun səsi Siyəzən, Dəvəçi və Quba rayonlarının kəndlərində də eşidilib.


Geri qayıt