Əsas Səhifə > Hadisə > SÜDEYF MƏCİDLİ DAHA KİMLƏRİ İÇƏRİ APARACAQ?

SÜDEYF MƏCİDLİ DAHA KİMLƏRİ İÇƏRİ APARACAQ?


15-04-2012, 13:00
SÜDEYF MƏCİDLİ DAHA KİMLƏRİ İÇƏRİ APARACAQ?

AGENTLİK RƏHBƏRİNƏ 3 AYLIQ HƏBS VERİLDİ

Bakı İnformasiya Agentliyinin (Bia.az) təsisçisi Südeyf Məcidli 3 ay müddətinə həbs edilib.

Məlumata görə Südeyf Məcidlini sabah Kürdəxanı təcridxanasına göndəriləcək.
Bakı informasiya agentliyinin (bia.az) təsisçisi Südeyif Məcidliyə qarşı Nəsimi rayon polis idarəsində 221.2.1-ci (xuliqanlıq; bir qrup şəxs tərəfindən törədildikdə) maddə ilə cinayət işi açılıb. Məcidli 7gun.az saytının rəhbəri Cavid Şirəliyevin şikayəti əsasında saxlanılıb. Cinayət işi aprelin 11-də başlanıb.

Onu da qeyd edək ki, açılan cinayət işinin mahiyyəti də göstərir ki, Südeyf Məcidli məhbəsə tək getməyəcək. Hər halda 221.2.1-ci maddədən istinda olunan “xuliqanlıq; bir qrup şəxs tərəfindən törədildikdə” ifadələri boşundan seçilməyib.


Geri qayıt