Əsas Səhifə > Dünya > NAZİR VƏ REKTOR İŞDƏN ÇIXARILDI

NAZİR VƏ REKTOR İŞDƏN ÇIXARILDI


15-04-2012, 11:14
NAZİR VƏ REKTOR İŞDƏN ÇIXARILDI

SƏBƏBSƏ ÖVLADLARININ TƏRBİYƏSİZLİYİDİR

Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov aprelin 13-də keçirdiyi geniş iclasda energetika və sənaye naziri Yarməhəmməd Orazquliyevi oğlunu pis tərbiyələndirdiyi üçün tutduğu vəzifədən azad edib.

AzərTAc xəbər verir ki, Energetika və sənaye naziri Yarməhəmməd Orazquliyev 2012-ci il prezident seçkilərində namizədlərdən biridir. Y.Orazquliyev dövlət başçısından üzr istəyib və ona həvalə edəcəyi hər hansı vəzifədə ləyaqətlə çalışacağına söz verib.
Yığıncaqda Türkmənistanın daxili işlər naziri İsgəndər Mullikov yol-nəqliyyat hadisələri haqqında məlumat verib.

Qeyd edib ki, baş verən hadisələrin çoxunu yüksək vəzifəli dövlət məmurlarının övladları törədir. Y.Orazquliyevin oğlu da onlardan biridir.
İclasda Türkmənistan Politexnik İnstitutunun rektoru Xıdır Saparlıyev də vəzifəsindən azad edilib.

Təhsil naziri Gulşad Məmmədovaya və onun müavini Gəldimurat Cumaquliyevə isə şiddətli töhmət elan olunub.
Dövlət başçısı təəssüflə bildirib ki, bəzi rəhbər şəxslər uşaqlarının tərbiyəsinə lazımi diqqət göstərmirlər. Halbuki valideynlərinin nüfuzu onların uşaqlarının tərbiyəsi və cəmiyyət arasında davranışlarından asılıdır.
Prezident energetika və sənaye naziri vəzifəsinə Mırat Artıkovu təyin edib.


Geri qayıt