Əsas Səhifə > Siyasət, Manşet > PREZİDENT APARATINDA YENİLİK

PREZİDENT APARATINDA YENİLİK


10-10-2011, 13:44
PREZİDENT APARATINDA YENİLİK

NARAZI KÜTLƏNİN BİNADAN UZAQLAŞDIRILMASI YOLLARI AXTARILIR

DİA.AZ: - Son zamanlar müxtəlif səbəblərdən narazı salınan vətəndaşları Prezident Administrasiyasının qarşısında etiraz aksiyaları keçirmələri daha da intensiv xarakter almaqdadır. Narazı qalmış paytaxt sakinləri ilə yanaşı, hətta əyalətdə yaşayanlar da son ümid yeri kimi PA-nı gördüklərindən dəfələrlə bu ünvana yürüşlər təşkil ediblər. Hətta elə dönəm olub ki, bir ay ərzində 10-dan artıq aksiyanın ünvanı administrasiya binasının qarşısı olub.

Artıq bu məsələnin hakimiyyət dairələrində çox ciddi narahatçılıq yaratdığı və problemdən çıxış yollarının arandığı bildirilir. Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) danışan hökumət içindəki qaynağın sözlərindən belə aydın olur ki, keçən cümə günü PA-da bu məqsədlə bir toplantı da təşkil olunub:

«Toplantı zamanı PA-nın binası qarşısında aksiyaların keçirilməsindən narahatçılıq ifadə olunub və vəziyyətdən çıxış yolları aranıb. Qərara alınıb ki, bu prosesin qarşısı mütləq alınmalıdır».

Mənbəmiz bildirir ki, hətta toplantını idarə edən PA-nın rəhbəri Ramiz Mehdiyev belə bir ifadə də işlədib: «Prezident administrasiyasının qarşısını karvansaraya döndəriblər»…

Məhz bu səbəbdən Prezident Administrasiyasının işlər idarəsinin ümumi binadan köçürülməsi barədə qərar verilib: «Eyni vaxtda şikayət şöbəsi və digər strukturlar da qısa müddət ərzində PA-nın binasından köçürüləcək. Hələlik hansı ünvana köçürüləcəyi məlum olmasa da, qərar qətidir».

Mənbəmiz bildirir ki, burada məqsədt narazı kütlənin Pezident Administrasiyası binasından uzaqlaşdırmaqdan ibarətdr: «Daha kiminsə ağlına gəlmir ki, bu şikayətlərin qarşısının alınması yolları haqda düşünsün. Yəni xalqı narazı salan məqamlar aradan qaldırılsın».

Geri qayıt