Əsas Səhifə > Ölkə, Manşet > ÖLKƏDƏ ƏRZAQ BÖHRANI GÖZLƏNİLİR
ÖLKƏDƏ ƏRZAQ BÖHRANI GÖZLƏNİLİR13-04-2012, 15:54 |
SÜRƏTLƏ MÜŞAHİDƏ OLUNAN QİYMƏT ARTIMI İNSANLARI İFLİC EDƏCƏK DİA.AZ: - İnflyasiya pensiyaçı və büdcə təşkilatı işçilərinin yığdıqlarını yeyir. Yəqin ki, ilin sonu üçün həyatın bahalanması maaşa 10% artımı keçəcək. Pensiyalara artım isə 8% olub. Ərzaq daha sürətlə bahalanır Sonuncu ayda istehlak qiymətləri fərqli istiqamətdə dəyişib. Ərzaq və tariflər bahalanıb, qeyri-ərzaq malları ucuzlaşıb. Amma əhalinin bütün kateqoriyalarının həyatı bahalanıb. Bu hesablamaları İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) ekspertləri bu ilin 1 mart və 1 aprel göstəricilərini müqayisə edərək aparıb. Mütəxəssislər Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarındakı normativlərə əsaslanaraq ölkədə istehlak səbətini hesablayıb. Hesablamalara əsasən, Azərbaycanın əmək qabiliyyətli əhalisi üçün martın 31-də yaşayış minimumu 170,75 manat olub. Dekabrın sonunda o, 70 qəpik az idi. Pensiyaçılar üçün yaşayış minimumu 154,03 manat, 14 yaşadək uşaqlar üçün 212,39 manat təşkil edib. Qanunvericilikdə bəyan edilənlə real yaşayış minimumu arasında iki dəfə fərq göz qabağındadır. Əmək qabiliyyətli əhali üçün ərzaq malları xərcləri 107,03 manat (+2 manat), pensiyaçılar üçün 96,39 manat, 14 yaşa qədər uşaqlar üçün 121,55 manat olub. Qeyri-ərzaq malları xərcləri deflyasiyanı əks etdirmir. Əmək qabiliyyətli əhali üçün o, 38,24 manat (50 qəpik fərq), pensiyaçılar üçün 35,03 manat, 14 yaşa qədər uşaqlar üçün 73,11 manat olub. Xidmət xərcləri 25,48 manat, 22,61 manat və 17,73 manat təşkil edib. Yəni ötən ilin sonundakı kimi qalıb. Xatırladaq ki, "2012-cu ildə AR-da yaşayış minimumu haqda" Qanuna əsasən, yaşayış minimumu 108 manat müəyyən edilib. Bu, ötən ilkindən 13 manat və ya 9% çoxdur. Əmək qabiliyyətli əhali üçün yaşayış minimumu ayda 116 manat, pensiyaçılar üçün 84 manat, uşaqlar üçün 87 manatdır. Hər halda bu rəqəmlər də təsdiqləyir ki, YAP iqtidarının söylədiyi uydurma iqtisadi inkişaf nağıldan başqa bir şey deyil. Digər yandan da, insanlar ən azından həmin nağılları danışanlardan daha yaxşı bilirlər ki, hansı mərhumiyyətlər içində yaşayırlar. DİA.AZ-a Nazirlər Kabinetindəki qaynaqlardan ötürülən informasiyalardan aydın olur ki, son olaraq siqaretin qiymətinin qalxması və digər məhsulların da qiymətlərində müşahidə olunan bahalaşma artıq hökuməti hərəkətə keçməyə vadar edib. Onu da bildirək ki, hər dəfə bu kimi bahalaşmaların qarşısı süni yolla alındığından ekspertlər hər türlü süni müdaxiləni də təhlükəli hesab edirlər. Bu təhlükəni isə biz sıravi vətəndaşlar öz yaşamımızda yaxın günlərdə hiss etməli olacağıq. Geri qayıt |