Əsas Səhifə > Ölkə > AYAZ MÜTƏLLİBOV MÜXALİFƏTDƏN ƏLİNİ ÜZÜB

AYAZ MÜTƏLLİBOV MÜXALİFƏTDƏN ƏLİNİ ÜZÜB


13-04-2012, 15:02
AYAZ MÜTƏLLİBOV MÜXALİFƏTDƏN ƏLİNİ ÜZÜB

“MİTİNQLƏRDƏN HEÇ NƏ GÖZLƏMİRƏM”

İctimai Palatanın son vaxtlar keçirdiyi mitinqlərdən heç nə gözləmirəm. Bunu SalamNews-a müstəqil Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov bildirib.

Eks-prezident, ümumiyyətlə, İctimai Palatanın keçirdiyi mitinqlər barədə məlumatı olmdadığını və bu haqda danışmaq istəmədiyini söyləyib: “Siz bilirsiniz ki, mən bu barədə heç nə demirəm. Çünki, yorulmuşam”.

Xatırladaq ki, müxalifət qüvvələrinin cəmləşdiyi İctimai Palata aprelin 22-də mitinq keçirəcəyini bəyan edib. Keçmiş baş nazir, mitinqin təşkilatçılarından olan Pənah Hüseyn İctimai Palatanın aprelin 8-də keçirdiyi mitinqi irəliyə doğru müsbət dinamika adlandırıb: “Aprelin 22-də keçirəcəyimiz mitinqdə iştirakçıların sayının iki dəfə artacağını proqnozlaşdırırıq. Yəqin ki, yaxın zamanda mitinqin harada keçiriləcəyi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətini xəbərdar edəcəyik”.

Geri qayıt