Əsas Səhifə > Sosial, Manşet > GÜC STRUKTURLARINDA YENİLİK OLACAQ

GÜC STRUKTURLARINDA YENİLİK OLACAQ


13-04-2012, 14:03
GÜC STRUKTURLARINDA YENİLİK OLACAQ

RAMİZ MEHDİYEV MTN-LƏ BAĞLI PLANLARIN İCRASINA MANE OLUR

DİA.AZ: - «Hakimiyyətiçi münasibətlər yeni struktur islahatlarını zəruri edib». Bu barədə məlumat redaksiyamıza hüquq-mühafizə orqanlarındakı qaynaqlar tərəfindən ötürülüb. Mənbənin sözlərindən belə aydın olur ki, bu yaxınlarda Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinə aid strukturlarda islahatlar həyata keçirilə bilər.

Qeyd edək ki, bu günlərdə hələlik Prezident Administrasiyasının balansında olan Xüsusi Dövlət Mühafizə Xidmətinin MTN-ə veriləcəyi haqda məlumatlar yayılmışdı və bildirilirdi ki, hazırda həmin qurumda müavin postunu tutan Bəylər Əyyubov da MTN-ə müavin gətirilir. Hazırda XDMX-nin rəisi vəzifəsini tutan Vaqif Axundovun isə pensiyaya göndərilməsi planlaşdırılır.

Lakin bu dəyişiklərə mane olan qüvvələrin də varlığı haqda məlumatlar var. Mötəbər mənbənin DİA.AZ-a bildirdiklərindən belə aydın olur ki, Vaqif Axundov birbaşa olaraq PA-nın rəhbəri Ramiz Mehdiyevə güvəndiyindən məhz onun sayəsində sözügedən planın qarşısını önləməyə müvəffəq olub.

Amma struktur islahatlarının qaçılmaz olduğunu da söyləyən mənbəmiz vurğuladı ki, paralel olaraq DİN-ə aid qurumlarda da islahatların həyata keçirilməsi planlaşdırılır və əsas olaraq dövlət yol polisi idarəsi ilə bağlı müəyyən yeniləmələr həyata keçirilə bilər.

Geri qayıt