Əsas Səhifə > Hadisə > BBC-NİN DAHA BİR AYIBI

BBC-NİN DAHA BİR AYIBI


13-04-2012, 13:40
BBC-NİN DAHA BİR AYIBI

AZƏRBAYCAN MÜSƏLMANLARINI ERMƏNİ KİMİ GÖSTƏRİLDİ

2010-cu ildə Bakıda müsəlmanlar orta məktəblərdə tətbiq edilən Hicab qadağasına etiraz bildirdilər. Və buna görə, Təhsil Nazirliyinin önündə etiraz aksiyası keçirildi. Bütün mediya nümayəndələri bu hadisələri lenta aldılar və şəkillərdə çəkdilər. Amma az bir xəbər portalı bu hadisəni işıqlandırdı. Sözümüz kimin vicdanının olub olması məsələsi deyil. Bu günlərdə www.bbc.co.uk/azeri/ saytı Ermənistanda Azəri Filmlərin festivalı keçirilməsi xəbərini təqdim edib. Və ermənilərin bun etiraz olaraq aksiya keçirtdiklərini söyləyib. Acınacaqlısı budur ki, sayta şəkil verərkən nədənsə BBC 2010-cu ildə Bakıda baş tutan Hicab aksiyasına aid şəkili sayta təqdim edib. Bizə maraqlıdır bu iyrənc əməl jurnalist səhlənkarlığıdır ya Azəri müsəlmanına qarşı yönəlmiş yeni bir təxribatdır? Azadxeber.az saytı buna qəti olaraq etiraz edir və BBC-nin bu məsələyə aydınlıq gətirməsini tələb edir. Əks halda Azadxeber.az saytı rəsmi surətdə BBC-ni məhkəməyə verəcəkdir.

Həmən xəbəri və şəkili izləmək üçün http://www.bbc.co.uk/azeri/international/2012/04/120412_armenia_azeri_films_cancelled.shtml-kodunu yığmaq lazımdır.

Gümrü şəhərində bu günə açılışı təyin olunan "Azərbaycan filmləri festivalı" baş tutmayacaq. Bunu yerli jurnalistlərə təşəbbüsün müəllifi, Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin (QSTM) rəhbəri Qeorqi Vanyan bəyan edib.

Festivalın keçirilməsi planının pozulmasına səbəb Ermənistanda və o cümlədən Gümrü və Yerevanda festivalın əleyhinə təşkil edilmiş etiraz aksiyaları olub

BBCAzeri.com müxbirinin sözlərinə görə Ermənistanın Gümrü şəhərində azərbaycanlı müəlliflərin filmlərini nümayiş etdirmək təşəbbüsünə qarşı etiraz aksiyaları keçirilib.


Geri qayıt