Əsas Səhifə > Güney Press, Araşdırma > BİA.AZ-IN RƏHBƏRİNİ NİYƏ TUTUBLAR?

BİA.AZ-IN RƏHBƏRİNİ NİYƏ TUTUBLAR?


13-04-2012, 13:12
BİA.AZ-IN RƏHBƏRİNİ NİYƏ TUTUBLAR?

KİMSƏ BU BARƏDƏ MƏLUMATLI DEYİL

Bakı İnformasiya Agentliyinin təsisçisi (BİA) Südeyif Məcidli saxlanılıb. Redaksiyadan Turan-a verilən xəbərə görə, S.Məcidli aprelin 12-də saat 22.00 radələrində Nəsimi polisi tərəfindən saxlanılıb. Amma Polis İdarəsi saxlanmanın səbəbləri barədə hər hansı açıqlama vermir.

Redaksiyadan bildirilib ki, S.Məcidlinin “7 gün” İnternet saytının təsisçisi Cavid Şıxəliyevin şikayəti əsasında saxlanması haqda söz-söhbət olsa da C.Şıxəliyev polisə hər hansı şikayət vermədiyini bildirib.

Polislər metropolitenin Əcəmi stansiyası yaxınlığında yerləşən redaksiya binasının açarları ilə birgə S.Məcidliyə məxsus “Masallı-market” ticarət obyektinin də açarlarını aparıblar. Bu səbəbdən jurnalistlər və ticarət obyektinin işçiləri fəaliyyət göstərə bilmirlər.

Agentliyin baş redaktoru Vasif Sadıqbəyli və operator İlham Rəsulzadə bu gün günortadan sonra Nəsimi rayon polisinə çağırılıblar


Geri qayıt