Əsas Səhifə > Cəmiyyət, Manşet > YASAMAL QƏBİRSTANLIĞI İLƏ BAĞLI FAKT
YASAMAL QƏBİRSTANLIĞI İLƏ BAĞLI FAKT12-04-2012, 16:31 |
ŞOK: MƏZARLIĞI ERMƏNİ QOHUMU OLAN MƏMURLARDAN BİRİ QORUYUR DİA.AZ: - Bir müddət əvvəl məlumat verərək bildirmişdik ki, Avropada, xüsusən də Fransada Azərbaycandan getmiş onlarla soydaşımız erməni kimliyi ilə siyasi sığanacaq alıblar. Və bu proses günü bu gün də davam etməkdədir. Onu da bildirmişdik ki, bütün bu işlərə Fransada yaşayan və əslən Şəki rayonundan olan Hədiyyə adlı qadın rəhbərlik edir. Amma Azərbaycanın hüquq-mühafizə orqanlarında da bu şəbəkəyə dəstək verən kifayət qədər məmurlar var ki, onlar da saxta erməni kimliklərinin hazırlanmasına yardımçı olurlar. Bəs gerçəkdən də erməni olan Fzərbaycan vətəndaşlarının durumu necədir? Onlar nədən Azərbaycandan köç etmirlər? Çünki rəsmi statistika da təsdiqləyir ki, hal-hazırda ölkəmizdə Qarabağdakı erməniləri çıxmaq şərtilə 30 minə yaxın erməni yaşayır. Hətta onlardan bəzilərinin məmur və deputat olduğu da bildirilir. Bu barədə bu yaxınlarda Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da həyəcan təbili çalmışdı. Başqa ictimai-siyasi xadimlərin dilindən də bu məsələ dəfələrlə ictimailəşib. Odur ki, hal-hazırda Bakıda yaşayan ermənilərlə bağlı müəyyən araşdırmalar aparmaq qərarına gəldik və çox maraqlı faktları aşkara çıxardıq. Məlum oldu ki, ermənilər Bakının əsasən Səbayel rayonunda məskunlaşıblar. Onların sayları kifayət qədərdir. Amma əksəriyyəti azərbaycanlı kimliyi ilə yaşayırlar. Yəni necə ki, Azərbaycandan qaçaq düşən vətəndaşlarımız Avropaya erməni kimliyi ilə sığınırlar, Azərbaycan erməniləri də Bakıda azərbaycanlı kimi qeydiyyatdadırlar. Lakin onların öz soyadlarını qoruyanları da var. Bayıl qəsəbəsində yaşayan bir erməni qadınla bu barədə söhbətimiz də oldu. Adının çəkilməməsi şərtilə (bunu təhlükəsizlik baxımından etdiyini söylədi və biz də razılaşdıq -red.) DİA.AZ-a danışan erməni qadın bildirdi ki, 1988-ci il olayları zamanı onun Bakıdakı qohumları Azərbaycanı tərk etsələr də, o getmək istəmədi: «Hara gedəydim. Ərim azərbaycanlıdır və burada çoxlu qohumlarım var. Həm də özümü erməni kimi hiss etmirəm. Hətta erməni dilini də unutmuşam. 3 oğlum, 2 qızım var. Hamısının da ailələri. Hamısı da azərbaycanlılarla ailə qurub. Nəvələrim var. Qonşularım da erməni olduğumu bilir, amma mənə düşmən kimi baxmırlar. Dəfələrlə Şəhidlər Xiyabanına ziyarətə də getmişəm. Allah bizi düşmən edənlərə lənət eləsin». Erməni qadın daha sonra bildirdi ki, düşmənçiliyin ilk vaxtlarında ərinin qohumları tərəfindən gizlədilib: «Lakin sonradan vəziyyət dəyişdi. Gördüm ki, qonşular, tanışlar mənə düşmən kimi baxmır və geriyə, evimə qayıtdım. İndi hətta küçədə də sərbəst, təkbaşına gedib-gəlirəm. Amma inanmıram ki, bir azərbaycanlı İrəvanın küçələrində mənim kimi rahat gəzə bilsin». Onu da bildirək ki, köçürülməsi barədə məlumatlar yayılan Yasamal qəbirstanlığı ilə bağlı da redaksiyamıza ilginc məlumatlar daxil olub. Sözügedən qəbirstanlıqda gül alveri ilə məşğul olan satıcılardan biri bildirdi ki, həmin qəbirstanlıqda çoxlu sayda erməni qəbirləri var və həmin qəbirlər az qala hər gün ziyarət olunur: «Biz gecələr məhz onlara görə alver edirik. Bakıda yaşayan ermənilər gecələr öz qəbilərini ziyarət edirlər. Biz də onlara gül satırıq». Gül satıcısı erməni qəbirlərini ziyarət etməyə gələnlərin arasında kifayət qədər imkanlı şəxslərin də olduğunu bildirdi: «Hətta bir dəfə dövlət seriyası ilə bir maşın da gəlmişdi. Təxminən 50-60 yaşlarında olan bir kişi idi. Mənə bir dəstə gülə görə 100 manat verdi. Sonra da izləyib gördüm ki, erməni qəbrinə həmin gülləri qoydu». Təbii ki, biz həmin şəxsin kimliyini öyrənə bilmədik. Amma dövlət nömrə nişanı taxılmış maşınla gələn erməninin Fəzail Ağamalının iddia etdiyi məmurlarımızdan və yaxud da deputatlarımızdan biri olduğu da güman oluna bilər. Onu da bildirək ki, məlumatlı mənbələr artıq Yasamal qəbirstanlığının taleyinə də aydınlıq gətirdilər. Xatırladaq ki, həmi qəbirstanlığın köçürüləcəyi söylənilirdi və onu da qeyd edək ki, həmin qəbirstanlıqda xeyli sayda erməni qəbirləri də var və hətta onların əksəriyyətinin qohumlarının bu gün vəzifə başında olduqları da söylənilir. Məlumatlı mənbənin bildirdiyinə görə, məhz həmin məmurlardan biri Yasamal qəbirstanlığının plana düşməsinin qarşısını ala bilib. Halbuki Nərimanov rayonu ərazisində belə bir qəbirstanlıq plana salındı və buna etiraz edən də olmadı. Lakin Yasamal qəbirstanlığını hökumət köçürə bilmədi. Qeyd edək ki, sözügedən məzarlığın köçürülməyəcəyini müşahidələrimiz də təsdiqləyir. Əməkdaşlarımızın şahidliyinə görə, hazırda qəbirstanlığın hasarı yenilənir və hətta daha da hündürləşdirilən hasarın üzəri bahalı aqlayla da örtüklənir. Məlumatlara görə, Yasamaldakı erməni qəbirlərinin plana salınmaması ilə bağlı bir müddət əvvəl qalmaqal da yaranıbmış. Lakin kifayət qədər samballı mövqedə olan həmin naməlum məmurumuz həmin ərəfədə də qalmaqalı yatırmağa müvəffəq olub. Geri qayıt |