Əsas Səhifə > Hadisə, Manşet > ƏDLİYYƏ SİSTEMİNDƏ İSLAHATLAR BAŞLAYIR

ƏDLİYYƏ SİSTEMİNDƏ İSLAHATLAR BAŞLAYIR


12-04-2012, 14:49
ƏDLİYYƏ SİSTEMİNDƏ İSLAHATLAR BAŞLAYIR

TƏDARÜK GEDİR; BİR NEÇƏ RAYONUN HAKİMİ DƏYİŞDİRİLƏ BİLƏR

DİA.AZ: - Hüquq-mühafizə orqanlarındakı qaynaqlardan redaksiyamıza ötürülən məlumata görə, hakimiyyət ədliyyə və məhkəmə orqanlarında ciddi islahatlara tədarük görür. Mənbəmiz xatırladır ki, neçə müddətdir beynəlxalq təşkilatlarla rəsmi Bakı arasında bu mövzuda müzakirələr aparılır və artıq razılaşma əldə olunub, hakimiyyət islahatlar düyməsini basma qərarını verib.

Məlumatlı mənbənin DİA.AZ-a bildirdiyinə görə, ilk olaraq məhkəmə və ədliyyə orqanlarında struktur islahatlarının aparılması planlaşdırılır: «Amma burada daha çox cəlbedici olanı kadr islahatları ilə bağlı paket təkliflərin olmasıdır. Belə ki, bir günün içində Bakının bütün rayon məhkəmələrinin hakimlərinin istefaya göndərilməsi nəzərdə tutulur».

Mənbəmiz bildirir ki, onlardan bəziləri təkrarən məhkəmə sədri təyin ediləcək, amma əksəriyyət şanssızdır: «Çünki əksər hakimlərin adı beynəlxalq qurumların «qara siyahı»sındadır. Onların çıxardıqları məhkəmə hökmləri Avropa İnsan Haqqları Məhkəmələrində təkrarən icraata götürülüb. Bu faktor mühüm əhəmiyyət daşıyır və beynəlxalq qurumlar ədalətsiz qərarından Avropaya şikayəti ünvanlanan məhkəmə sədrlərinə və hakimlərinə qarşı tədbirin görülməsini tələb edirlər».

Geri qayıt