Əsas Səhifə > Ölkə > VƏHABİLƏR QAÇMAQ İSTƏYİBLƏR

VƏHABİLƏR QAÇMAQ İSTƏYİBLƏR


12-04-2012, 13:10
VƏHABİLƏR QAÇMAQ İSTƏYİBLƏR

MTN ANTİVƏHABİ ƏMƏLİYYATLARI DAVAM ETDİRİR

Azərbaycan Dövlət Sərhəd Xidməti Rusiya sərhədində saxlanılan şəxslə bağlı məlumat yayıb.

DSX-dən APA-ya verilən məlumata görə, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən axtarışda olan, Xaçmaz rayon sakini, 1981-ci il təvəllüdlü Süleymanov Faiq Süleyman oğlu ölkə ərazisini tərk etməyə cəhd göstərərkən «Yalama» sərhəd nəzarəti məntəqəsinin «Xanoba» keçid bölməsində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi Xaçmazda əməliyyat keçirib. Əməliyyatda rayon hüquq-mühafizə orqanlarının əməkdaşları da iştirak ediblər.

Həyata keçirilən əməliyyat nəticəsində radikal “vəhhabi” təriqətinin üzvü olduğu ehtimal edilən iki nəfər saxlanılıb. Onlardan biri Faiq Süleymanov Azərbaycanı tərk edərkən Yalama sərhəd keçib məntəqəsində tutulub. Digər saxlanılan şəxs isə rayon sakini Şahin Talıbovdur.

Əməliyyatçılar adıçəkilən şəxslərin evlərindən silah-sursat və qadağan olunmuş dini ədəbiyyat aşkar edərək götürüblər.

Xatırladaq ki, bu MTN-in bir neçə gün əvvəl Gəncə və bir sıra rayonlarda həyata keçirdiyi xüsusi əməliyyatın davamıdır.


Geri qayıt