Əsas Səhifə > Ölkə, Manşet > HACIBALA ABUTALIBOV QƏZƏBƏ TUŞ GƏLİB

HACIBALA ABUTALIBOV QƏZƏBƏ TUŞ GƏLİB


12-04-2012, 12:50
HACIBALA ABUTALIBOV QƏZƏBƏ TUŞ GƏLİB

BAHALI AĞACLARIN QURUMASI BAKI MERİNƏ BAHA BAŞA OTURA BİLƏR

DİA.AZ: - Məlum olduğu kimi, paytaxt Bakıda qışda havaların soyuq keçməsi səbəbindən hər birinin qiyməti az qala 20-25 min ABŞ dolları civarında olan yüzlərlə ağacın qurumasına şahidlik etdik. Sanki heç nə olmayıbmış kimi Bakı meriyasının işçiləri həmin qiymətli bitkilərin qurumuş köklərindən yapışaraq onları zibil maınlarına yükləyərkən hətta televiziya kameralarına poz verməyi də unutmadılar.

Amma deyəsən, artıq bu isrfaçılıq rəsmi dairələrin də diqqətini cəlb edib və bundan yana Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun başı ağrıya bilər. Bu barədə DİA.AZ-ı məlumatlandıran Nazirlər Kabinetindəki qaynaq iddia edir ki, Hacıbala Abutalıbovun baxımsızlıq səbəbindən məhv etdiyi qiymətli ağacların məsələsi hətta Prezident Administrasiyasında belə müzakirə olunub.

Bu barədə mənbənin söylədikləri: «Hacıbala Abutalıbovdan hətta hesab da sorulub ki, nədən baha qiymətə alınmış palma ağaclarının soyuq havada qorunması işi gərəkən şəkildə görülməyib. Təbii ki, Bakı meri hər zaman olduğu kimi problemi ana Təbiətin şıltaqlığı ilə izah etməyə çalışıb. Amma buna rəğmən ehtiyat tədbirlərinin görülməməsinə Abutalıbov heç bir izahat verə bilməyib. Hər halda, o, ağacların mühafizəsi məqsədilə tələb olunan bükmə vasitələrinin çatışmamazlığından şikayətçi düşə bilməz».

Bu məsələnin Bakı merina baha başa oturacağını söyləyən mənbəmiz onu da vurğuladı ki, hətta vəziyyət Hacıbala Abutalıbovun görəvdən alınmasına qədər inkişaf edə bilərdi: «Yenə də araya «Avroviziya» yarışması girib. Məlumdur ki, Hacıbala Abutalıbov həm bu yarışma ilə bağlı yaradılmış təşkilat komitəsinin üzvüdür və həm də artıq yarışmanın simvolik açarı da onun «cibindədir». Bu səbəb Bakı meri postundakı dəyişikliyin ertələnməsinə zəmin yaradıb».

Xatırladaq ki, daha bir neçə məmurun eyni qaydada görəvində qaldığı barədə də bir müddət öncə məlumat vermişdik.


Geri qayıt