Əsas Səhifə > Şou-biznes > KİMDİR SAXTA?

KİMDİR SAXTA?


12-04-2012, 12:14
KİMDİR SAXTA?

OKSANA RƏSULOVA HƏMKARININ CAVABINI VERDİ

Ötən gün rəqqasə Fatimənin Oksana barəsində gileyindən yazmışdıq.

Xatırladaq ki, Oksana ilə barışığının saxta olduğunu bildirən Fatimə həmkarının saxta münasibət sərgilədiyini qeyd etmişdi. Oksana isə özündə belə bir xüsusiyyət cəmləşdirmədiyini Milli.Az-a bildirdi:

«İnanırsız, bu mövzuda danışmaq belə istəmirəm. Amma həqiqət bundan ibarətdir ki, biz barışmışdıq. İnsani münasibətlər yerində idi. Amma sənətlə bağlı bəzi fikirlərimiz var idi ki, mən həqiqətin üstündən xətt çəkə bilməzdim. Bizim problemimiz hind rəqsləri üzərində yaranmışdı. Burada peşəkar və qeyri-peşəkarlıq barədə mübahisəmiz olmuşdu. Biz barışmışıq deyə mən fikrimdən vaz keçməli deyildim ki? Saxtalığa gəlincə, bu onun yürütdüyü fikirdir və bununla mən dönüb saxta olmayacam ki?» - deyə rəqqasə bildirdi.

Oksana yaxın günlərdə yaradıcılığında yeni layihə olacağını da bildirdi.


Geri qayıt