Əsas Səhifə > Hadisə > ELŞAD ABDULLAYEVƏ DAHA BİR ZƏRBƏ

ELŞAD ABDULLAYEVƏ DAHA BİR ZƏRBƏ


12-04-2012, 11:25
ELŞAD ABDULLAYEVƏ DAHA BİR ZƏRBƏ

KEÇMİŞ REKTORU KONFEDERASİYADAN DA QOVDULAR

Azərbaycan Beynəlxalq Universitetinin (ABU) mühacirətdə olan rektoru Elşad Abdullayev Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) üzvlüyündən çıxarılıb.
Bu barədə Modern.az saytına konfederasiyadan məlumat verilib.
Bildirilib ki, E.Abdullayev Konfederasiya yaranandan – 1999-cu ildən indiyədək qurumun üzvü olub. Konfederasiyadan onu da deyiblər ki, E.Abdullayev Azərbaycanı tərk etməyənə qədər Sahibkarlar Konfederasiyasının ölkə prezidentinin iştirakı ilə keçirilən bütün toplantılarında iştirak edib.
Qeyd edək ki, fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayev hazırda Avropada – Fransada mühacir həyatı yaşayır. O, bu yaxınlarda Modern.az saytına açıqlamasında “mən Azərbaycanı birdəfəlik tırk etməmişəm, Azərbaycan mənim vətənimdi. Mən ölkəmə qayıdacağam, amma bunun nə vaxt baş verəcəyini deyə bilmərəm” demişdi. Rektor saytımıza onu da söyləmişdi ki, ABU-nun bağlanması ona olan qərəzli münasibətin nəticəsidir.

Azərbaycan Beynəlxalq Universiteti Nazirlər Kabinetinin 11 oktyabr 1997-ci il tarixli, 204s saylı qərarı ilə qeydiyyatdan keçərək özəl ali məktəb statusu alıb. ABU-nun fəaliyyəti 2010-cu ilin sentiyabr ayında dayandırılıb. Bununla bağlı 2010-cu il sentyabrın 1-də təhsil naziri Misir Mərdanov əmr imzalayıb. ABU bağlanandan sonra onun yüzlərlə tələbəsi heç bir ali məktəbə yerləşdirilmədi, bir qrup məzun isə dipomla təmin olunmadı.

E.Abdullayev isə ölkəni tərk edərək Fransaya getdi. Ondan sonra Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayaraq ABU-nun nəzdində fəaliyyət göstərən tibb mərkəzində insan orqanlarının qanunsuz transplantasiyasının həyata keçirildiyini bəyan etdi.
E.Abdullayev isə xaricdən bəyan etdi ki, bunlar ona qarşı təzyiqlərin tərkib hissəsidir. O, hüquq-mühafizə orqanlarını qardaşı Mahir Abdullayevin oğurlanmasında itiiham etdi.


Geri qayıt