Əsas Səhifə > Partiya > “MİTİNQDƏ İQTİDARDAN, NAZİRLİKLƏRDƏN DANIŞIRLAR”

“MİTİNQDƏ İQTİDARDAN, NAZİRLİKLƏRDƏN DANIŞIRLAR”


11-04-2012, 12:00
“MİTİNQDƏ İQTİDARDAN, NAZİRLİKLƏRDƏN DANIŞIRLAR”

“22 APREL MİTİNQİNƏ DƏ QOŞULMAYACAĞAM”

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu İctimai Palatanın 8 aprel aksiyasında sədr müavini Ədalət Yusifovun ona xitabən mitinqə qoşulmaq çağırışına Modern.az-a verdiyi açıqlamda münasibət bildirib. KXCP sədri həmin çağırışdan xəbərsiz olduğunu bildirərək İctimai Palatanın keçirdiyi mitinqlə hər hansı fikir söyləmək istəmədiyini deyib.

“Aksiya artıq geridə qaldı. Bu barədə mən açıqlamamı bildirmişəm. Nəsə bu məsələyə əlavə etmək istəmirəm. Sözün açığı mənim xəbərim yoxdur ki, mitinqdə mənim adımı kim səsləndirib, kim məni dəvət edib”.

M.Mirəlioğlu vurğulayıb ki, mitinqdə təşkilatçılar öz səlahiyyətlərini unudub müxtəlif nazirliklərdən danışırlar. “Təşkilatçı olmadığım, iştirakçısı olmadığım məsələyə münasibət bildirmək istəmirəm. Bu məni maraqlandırmır. Hesab edirəm ki, özləri nə qiymət verirlərsə, versinlər. Mitinqdə prezidentdən, iqtidardan, həmçinin ayrı-ayrı nazirliklərdən danışırlar”-deyə KXCP sədri qeyd edib.

M.Mirəlioğlu müxalifətin aprelin 22-nə təyin etdiyi növbəti aksiyaya da qoşulmayacağını deyib.


Geri qayıt