Əsas Səhifə > Cəmiyyət, Manşet > BAŞ POLİSƏ QARŞI VƏHABİ TƏLƏSİ

BAŞ POLİSƏ QARŞI VƏHABİ TƏLƏSİ


10-04-2012, 18:52
BAŞ POLİSƏ QARŞI VƏHABİ TƏLƏSİ

KÜRD QRUPLAŞMASI RASİM MUSAYEVLƏ HAQQ-HESAB ÇƏKMƏK İSTƏYİR

DİA.AZ: - Gəncə şəhər baş polis idarəsinin rəisi Rasim Musayevlə bağlı redaksiyamıza ilginc məlumat daxil olub. Mötəbər mənbələrin DİA.AZ-a ötürdüyü xəbərə görə, uzun müddət hakimiyyət içindəki kürd qruplaşmasının hədəfində olan Rasim Musayevə qarşı sözügedən qüvvələr yeni kampaniyaya başlamaq niyyətindədirlər.

Xatırladaq ki, Rasim Musayev Gəncədə kürd əsilli PKK tərəfdarlarına qarşı xüsusi amansız rəftarı ilə seçilir. Belə ki, PEJAK-ın Gəncə qanadını formalaşdıran, İrandan gəlmiş bir neçə şəxs məhz Rasim Musayevin təkidi ilə həbs olunaraq Bakıya göndərilib.

Bu işdən isə hakimiyyət içindəki kürd qruplaşmasının xəbər tutduğunu bildirən mənbəmizə görə, onsuz da kürd qruplaşmasını kifayət qədər qəzəbləndirmiş Gəncənin baş polisi bu dəfə az qala özü özünün fərmanını vermiş olub: «Bu işə hətta Bəylər Əyyubovun yaxın qohumları da cəlb edilib. Onlar da Rasim Musayevin əlindən cana doyduqlarını etiraf ediblər. Hətta bir müddət əvvəl Rasim Musayevin həmin çevrəyə aid Xosrov Həsənov adlı şəxsi həbs etdirməsi də xatırladılıb. Və bundan sonra baş polisə qarşı bir kampaniyanın başlanılması qərarı verilib».

Mənbəmiz bildirir ki, bir neçə gün əvvəl Gəncədə Milli Təhlükəsizlik Nazirliyi əməkdaşları ilə vəhabilər arasındakı silahlı çatışmadan sui-istifadə edən həmin qüvvələr Rasim Musayevin bu işdə günahkar olması barədə fon yaratmağa çalışırlar: «Artıq belə bir təbliğat kampaniyasına start verilib ki, bəs Gəncədə vəhabilərin möhkəmlənməsinə Rasim Musayev şərait yaradıb. Və guya ki, Gəncədəki vəhabi hücrələri baş polisə aylıq «dolya» ödəyirmişlər».

Hələlik bu kimi təbliğatların bəzi mətbu orqanlara sifariş edildiyini bildirən mənbəmiz onu da vurğuladı ki, kürd qruplaşması Gəncəyə - polis rəisi postuna öz kadrını göndərməyi də planlaşdırır.


Geri qayıt