Əsas Səhifə > Şou-biznes > MÜĞƏNNİMİZ TOY TƏDARÜKÜNDƏ

MÜĞƏNNİMİZ TOY TƏDARÜKÜNDƏ


10-04-2012, 13:21
MÜĞƏNNİMİZ TOY TƏDARÜKÜNDƏ

YAŞAR YUSUB İLLƏRDİR SEVDİYİ XANIMLA EVLƏNİR

Millli.Az xəbər verir ki, ifaçı kimi fəaliyyətinə Rüstəm Zeynallının rəhbəri olduğu “Şeron” qrupunun solisti kimi başlayıb, daha sonra solo-karyerasını davam etdirən gənc bəstəkar-müğənni Yaşar Yusub da subaylığa əlvida deməyə hazırlaşır. Aprelin 16-da paytaxt restoranlarının birində illərdir sevgi münasibətlərini qoruyub-saxladığı xanımla evlənəcək. Şəxsi həyatında baş verəcək bu əlamətdar günü hər vəchlə gizli saxlamağa çalışan Yaşarın başı hazırda toy dəvətnamələri paylamağa qarışıb.

Y.Yusubun toyunda estradamızın ən tanınmış ulduzlarının qonaq kimi qatılacaqları gözlənilir. Qeyd edək ki, həmin tarixdə başqa bir restoranda daha bir müğənni Elxan Qaraxanoğlu da subaylığın son gününü yaşayıb, seçdiyi xanımla ailə həyatı quracaq.

Toy çaldıracaq sənətçilərimizə Allahdan xoşbəxtlik arzulayırıq, cəmi subaylar üçün olsun!


Geri qayıt