Əsas Səhifə > Partiya > HƏBS OLUNAN GƏNCLƏRƏ İŞ VERİLİB

HƏBS OLUNAN GƏNCLƏRƏ İŞ VERİLİB


10-04-2012, 12:06
HƏBS OLUNAN GƏNCLƏRƏ İŞ VERİLİB

ONLAR MİTİNQƏ ÇAĞIRIŞ ZAMANI YAXALANIBLAR

İctimai Palatanın 8 aprel mitinqinə çağırış vərəqələrini yaydıqlarına görə 7 nəfər gənc fəal inzibati həbsə məruz qalıb. Bu barədə Turan-a vəkil Əsabəli Mustafayev bildirib. Onun sözlərinə görə, gənclər mitinqdən əvvəl vərəqələri paylayarkən saxlanılıblar.

Bazar ertəsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gənclər Komitəsinin üzvü Nihad Hüseynov 15 sutka həbs edilib. Təşkilatın digər fəalları Cəlal Qafarov və Zülfüqar Qubadov 12, Elçin Dəmirov 11 sutka həbs cəzası alıblar.

Müsavat Partiyasının gənc fəalı Elnur Əsgərli 11 sutka, onun partiya yoldaşları Teymur Fərzəliyev və Qail Qafarov 3 sutka həbs cəzası alıblar.

Xatırladaq ki, 8 aprel mitinqi hakimiyyət tərəfindən sanksiyalaşdırılıb.


Geri qayıt