Əsas Səhifə > Hadisə > SABİRABADDA OQTAY GÜLALIYEVƏ DƏSTƏK AKSİYASI

SABİRABADDA OQTAY GÜLALIYEVƏ DƏSTƏK AKSİYASI


10-04-2012, 11:53
SABİRABADDA OQTAY GÜLALIYEVƏ DƏSTƏK AKSİYASI

POLİS GÜC TƏTBİQ EDİB

Aprelin 9-da Sabirabadda polis tərəfindən saxlanılaraq 12 sutka həbs cəzasına məhkum edilən “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyevə bu gün dəstək aksiyası keçirilib.

Hadisə yerində olan əməkdaşımızın verdiyi xəbərə görə, aksiya iştirakçıları Sabirabad-İmişli yolunu bağlayıblar. Təxminən 500 nəfərin iştirak etdiyi dəstək aksiyasını dağıtmaq üçün rayon polisi güc tətbiq edib. Əməkdaşımız deyir ki, rayonun polis rəisi Mübariz Quliyev hadisə yerinə gəlib və olay yerinə əlavə polis qüvvələrinin cəlb olunması ilə bağlı göstəriş verib. Aksiya davam edir.

11:47

Əməkdaşımız deyir ki, aksiya iştirakçıları Şirvan və Sabirabad rayonlarını birləşdirən Kür çayı üzərindəki körpünü bağlamağa cəhd göstəriblər. Əraziyə əlavə polis qüvvələri cəlb olunub. / musavat.com /


Geri qayıt