Əsas Səhifə > Ölkə > YOLU BAĞLADILAR
YOLU BAĞLADILAR8-10-2011, 15:26 |
TİKİNTİ ŞİRKƏTİNƏ QARŞI ETİRAZ AKSİYASI Bakı şəhərində tikinti şirkəti rəhbərinin əməlindən zərər çəkmiş bir qrup insan aksiya keçrib. “Qafqazinfo”nun məlumatına görə, məlumata görə, “Birlik-inşaat”ın fırıldaq əməlindən zərərçəkmişlər Xətai rayonu, “Ukrayna” dairəsi yaxınlğında etiraz əlaməti oalaraq avtomobil yolunu bağlayıblar. Aksiya iştirakçıları bildiriblər ki, “Birlik-inşaat” MMC-yə məxsus, tikintisi illərlə davam edən Xətai rayonu, Rahib Məmmədov küçəsi, 20 ünvandakı 14 mərtəbəli yaşayış binası sahiblərinə verilmir. Şirkət bir mənzili bir neçə adama sataraq, yüzlərlə vətəndaşı aldadıb. Vətəndaşlara 5 milyondan artıq pulunun mənimsənildiyi deyilir. Tikinti rəhbəri Elman Tağıyev isə müxtəlif bəhanələrlə sakinlərə vədlər versə də, problem həıəllini tapmır. Zərərçəkmişlərin arasında həmin binadan 3 mənzil alanlar var. Əraziyə gələn polis əməkdaşları aksiya iştirakçıları ilə danışıqlar apararaq yolun açıqlamasın nail olublar. Lakin zərərçəkənlərin aksiyaları davam etdirmək fikirləri var. Mövzunu diqqətə saxlayacağıq. Geri qayıt |