Əsas Səhifə > Cəmiyyət > “TALEH QARAŞOVUN ADINDAN BİZDƏN RÜŞVƏT İSTƏYİRLƏR”

“TALEH QARAŞOVUN ADINDAN BİZDƏN RÜŞVƏT İSTƏYİRLƏR”


9-04-2012, 15:35
“TALEH QARAŞOVUN ADINDAN BİZDƏN RÜŞVƏT İSTƏYİRLƏR”

ASTARA SAKİNLƏRİ İCRA BAŞÇISINDAN ŞİKAYƏTÇİDİR

Astra rayonunun bir qrup sakini rayon sosial müdafiə mərkəzindən və icra başçısı Taleh Qaraşovdan şikayətçidirlər. Bu barədə gunxeber.com-a müraciət edən rayon sakinləri bildiriblər ki, qanunla onlar sosial müavinət almalı olduqları rayon sosial müdafiə mərkəzində süründürməçiliklə üzləşirlər. Gah onlardan məsələyə heç bir aidiyyəti olmayan sənədlər istənilir, gah da deyirlər ki, 6 aylıq sosial müavinətlərini rayon icra hakimiyyətinə, konkret olaraq başçı Taleh Qaraşova verməlidirlər. Bu isə sosial müavinət almaq hüququ olan Astara sakinləri arasında ciddi narazılıq yaradıb.

Sakinlər icra başçısının adından onlardan rüşvət istənildiyini də iddia edirlər. Onların sözlərinə görə, bir müddət əvvəldə belə problem yaranıbmış, ancaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun əməkdaşı İlham Məmmədovun və nazirliyin ümumi müdaxiləsindən sonra problem həllini tapıb.

Sakinlər yenə də problem yarandığından nazirliyin bu məsələyə müdaxiləsini və əlaqədar qurumların problemi araşdırmasını istəyirlər.

Mövzu ilə bağlı bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.


Geri qayıt