Əsas Səhifə > Hadisə > ÇEVİK POLİSDƏN NÜMUNƏVİ ADDIM

ÇEVİK POLİSDƏN NÜMUNƏVİ ADDIM


9-04-2012, 15:03
ÇEVİK POLİSDƏN NÜMUNƏVİ ADDIM

ONLAR XARİCİ JURNALİSTLƏRƏ YARDIM EDİBLƏR

Ötən şənbə “Turan” agentliyinin əməkdaşları polis işçilərinin qeyri-adi nümunəvi davranışı ilə qarşılaşıblar. Belə ki, əcnəbi həmkarlarını Abşeronun tarixi və görməli yerləri ilə tanış edən jurnalistlər Yanardağa gedərkən Pirşağı bağ massivində adamsız yerdə quma batıblar.

Bu, onlardan qabaqda gedən polis əməkdaşlarının gözündən yayınmayıb və onlar köməyə gəliblər. Bunlar DİN çevik polis alayının 8-ci rotasının komandiri mayor Bəkir Mehrəliyev və həmin bölmənin serjantı Elmar Muradzadə olub.

Onlar maşında olanların kimliyi ilə maraqlanmadan yardım göstəriblər. Polis əməkdaşlarının köməyilə avtomobil domkratla qaldırılıb, təkərin altına taxta və daş qoyulub. Bu müddətdə mayorun çağırdığı “UAZ” markalı avtomaşın və iki polis əməkdaşı gəlib.

Maşını qumdan çıxardıqdan sonra mayor “UAZ”da gələn işçilərə tapşırıb ki, avtomobili əsas magistrala kimi müşayiət etsinlər və onlara “Yanardağ”ın yolunu göstərsinlər.

Ümidvarıq ki, polis əməkdaşlarının bu cür operativ və təmənnasız yardımı normaya çevriləcək.


Geri qayıt