Əsas Səhifə > Şou-biznes > «AYGÜN XANIMLA HEÇ ZAMAN DÜŞMƏN OLMAMIŞIQ”

«AYGÜN XANIMLA HEÇ ZAMAN DÜŞMƏN OLMAMIŞIQ”


9-04-2012, 13:27
«AYGÜN XANIMLA HEÇ ZAMAN DÜŞMƏN OLMAMIŞIQ”

QARAÇUXURLU AYGÜNLÜ İLLƏRİNDƏN İMTİNA EDİR

Populyar meyxanaçı Namiq Qaraçuxurlu yerli telekanallardan birinə açıqlamasında kimsənin onun şəxsi həyatına müdaxiləsini istəmədiyini bildirib.

Day.Az saytının verdiyi məlumata görə, bir daha xalq artisti Aygün Kazımova ilə münasibətlərindən danışan meyxanaçı deyib:

«Aygün xanımla heç zaman düşmən olmamışıq. Həmişə bir-birimizi gördükdə salamlaşmışıq. Artıq bu haqda danışmaq istəmirəm. Heç kim mənə bu haqda sual verməsin. Biz 6 il birgə olmuşuq. 7 ilin haradan çıxdığını da bilmirəm. Əlimdə olsaydı, bizi bir-birimizə bağlamış şəxsi münasibətləri tam silər, yalnız yaradıcılıq tərəfini saxlayardım».

N.Qaraçuxurlu xatırladıb ki, o, hələ A.Kazımova ilə münasibətlərindən əvvəl «Rəvayət» və «Papanın gül balası» mahnıları ilə populyar olub, xalq artistindən isə peşəkarlığı öyrənib.


Geri qayıt