Əsas Səhifə > Hadisə > AZƏRBAYCANA GÖRƏ OBAMA SƏRT TƏNQİD OLUNDU

AZƏRBAYCANA GÖRƏ OBAMA SƏRT TƏNQİD OLUNDU


9-04-2012, 13:24
AZƏRBAYCANA GÖRƏ OBAMA SƏRT TƏNQİD OLUNDU

“THE WASHINGTON POST” ABŞ PREZİDENTİNİ QINADI

“The Washington Post” qəzeti ABŞ prezidenti Barak Obamanın bir dönəmlik prezidentlik fəaliyyətini təhlil edib. Gunxeber.com-un məlumatına görə, qəzetin redaktoru Fred Hiattın Obamanın azadlıqları dəstəkləmək ehtirasının olmaması ilə bağlı yazısında onun bir dönəmlik prezidentliyi müddətində xarici siyasətdə demokratiya və azadlığa verdiyi töhvələr, buraxdığı səhvlər təhlil olunub. Eyni zamanda qeyd olunub ki, bu müddətdə Obamanın dünyada azadlıqlarla bağlı ən çox işlətdiyi ifadə “Ərəb baharı” olub.

Obamanın İranda yaşıl inqilaba dəstək verə bilmədiyi də vurğulanan məqalədə ABŞ prezidenti dünyada demokratiyanın laqeyd və cəsarətsiz müdafiəçisi kmi xarakterizə olunur. Məqalədə Obamanın Azərbaycana münasibətinə də yer ayrılıb və müəllif bunları yazıb: “Azərbaycan və Qazaxıstan kimi diqqətdən kənar olkələrdə administrasiya vəzifə başında olan rüşvətxorlarla işləməli olub. Qırgızıstanda isə demokratlar diktatorları devirəndə mübarizə aparmağa məcbur olublar”


Geri qayıt