Əsas Səhifə > Cəmiyyət > ABGÜL SÜLEYMANOVA NƏ QƏDƏR İŞ DÜŞÜR?
ABGÜL SÜLEYMANOVA NƏ QƏDƏR İŞ DÜŞÜR?9-04-2012, 13:02 |
HƏTTA İTTİHAM REAL OLSA BELƏ... Xəbər verdiyimiz kimi bir neçə gün bundan öncə ilhaiyyatçı alim Abgül Süleymanov qarşı növbəti ittihamlar irəli sürülüb. Bundan öncə narkotik və silah sursat saxlamaqda ittiham olunan ilahiyyatçı, bu dəfə də nifrət və düşmənçilik yaratmaqda suçlanır. Ona qarşı sürülən ittihamların hamısını nəzərə alsaq, Abgül Süleymanov ümumilikdə neçə il azadlıqdan məhrum edilə bilər? Mövzu ilə bağlı Abgül Süleymanovun vəkili Anar Qasımlıya müraciət etdik. Vəkil FaktXeber.com-a verdiyi açıqlamasında qeyd etdi ki, ittihamların hamısı əsassız olduğuna görə, bununla bağlı hər hansı bir cavab vermək istəmir: "Ona qarşı irəli sürülən ittihamların hamısı əsassızdır. Ona görə də bununla bağlı hər hansı bir açıqlama verib, ictimai rəyi çaşdırmaq istəmirəm. Yeganə olaraq bunu deyə bilərəm ki, bütün bu maddələrlə Abgül Süleymanova bəraət düşür." Sonra Anar Qasımlı qeyd etdi ki, mən bir vəkil olaraq hesab edirəm ki, Abgül Süleymanova heç 1 ildə iş düşmür. Qeyd edək ki, Abgül Süleymanova qarşı ümumilikdə CM 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) 283.2.1 (Zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələrində ittiham olunur. Geri qayıt |