Əsas Səhifə > Ölkə > RATİ NARAHATDIR

RATİ NARAHATDIR


8-10-2011, 14:17
RATİ NARAHATDIR

MƏHKƏMƏLƏRDƏ JURNALİSTLƏRİN HÜQUQLARI POZULUR

DİA.AZ: - Son zamanlar 2 aprel aksiyası iştirakçılarının və islamçıların məhkəmə proseslərində yerli jurnalistlərə qarşı müxtəlif formada təzyiq formaları qeydə alınıb.

Belə ki, paytaxtın rayon polis şöbələri və məhkəmə icraçıları tərəfindən jurnalistlərin peşə fəaliyyətinə mane olan hərəkətlər edilir.

Aparılan müşahidələrə əsasən bu ilin sentyabrın 28-də Musavat funksioneri Arif Hacılı və digər 3 nəfərin məhkəmə prosesi başa çatdıqdan sonra fəalların keçirdikləri aksiya zamanı “Turan” İA müxbiri Pərvanə Bayramova polis tərəfindən itəlinərək təzyiqə məruz qalıb.

Həmçinin oktyabrın 3-də adı çəkilən prosesdə “Azadlıq” radiosunun əməkdaşı Maarif Çingizoğlu məhkəmə icraçısı tərəfindən təzyiqlə üzləşib.

Beləki məhkəmə icraçısı peşə fəaliyyətini yerinə yetirən jurnalistin çəkdiyi kadrları icazəsi olmadan pozub. AİP sədri Mövsüm Səmədovun və digərlərinin işində analoji hadisəni “Azadlıq” radiosunun əməkdaşı Esmira Cavadava da yaşayıb.

Daha bir fakt da jurnalistlərə bu təzyiqlərdən xəbər verir.

Belə ki, oktyabrın 5-də Azərbaycan İslam Partiyasının (AİP) lideri Mövsüm Səmədov unvə üzvlərinin məhkəmə prosesi zamanı həbs edilmiş dindarların tərəfdarları ilə polis arasında qarşıdurma yaranıb. İnsidentlə bağlı “Azadlıq” radiosunun əməkdaşı Nüşabə Fətullayeva videokamera ilə çəkiliş aparıb, amma polis əməkdaşları N.Fətullayevin kamerasını alıb və çəkdiyi kadrları siliblər. Polislər N.Fətullayevanın qolunu buraraq kameranı əlindən alıblar.

Bütün bu faktlar jurnalistlərə münasibətdə Azərbaycan Konstitusiyasının 47-ci (fikir və söz azadlığı ) Cinayət Məcəlləsinin 163-cü (Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma) və İnsan Hüquq və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu (İfadə Azadlığı) maddələrinin pozulduğunu göstərir.

Öz növbəsində RATİ növbəti bəyanat yayaraq Azərbaycan hakimiyyətini jurnalistlərə qarşı edilən təzyiqlərə son qoymağa və jurnalistlərə təzyiq edən şəxslərə qarşı cəzalandırmağa çağırır.


Geri qayıt