Əsas Səhifə > Dünya > QƏZZAFİNİN OĞLUNU VERMİRLƏR

QƏZZAFİNİN OĞLUNU VERMİRLƏR


9-04-2012, 12:15
QƏZZAFİNİN OĞLUNU VERMİRLƏR

ONU BEYNƏLXALQ MƏHKƏMƏ TƏLƏB EDİR

Məlumata görə, Liviya hökuməti Cəmahirinin devrilmiş lideri Müəmmar Qəzzafinin oğlu Seyf Əl-İslamı Haaqa Beynəlxalq Cinayət məhkəməsinə verməkdən imtina edib.

Ölkənin ədliyyə naziri Əli Aşur qətldə, maliyyə saxtakarlığında və sair ittiham olunan Seyf əl İslama qarşı heç bir zorakılıq olmadığını da bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl vəkil Ksavye Jan Keyta Haaqada Beynəlxalq Cinayət Məhkəməsinə məhkumun döyüldüyünü bildirmişdi.

Qeyd edək ki, Seyf əl-İslam hazırda Zintan şəhərində üsyançıların əlindədir. İttihamlar sübut olunacağı təqdirdə onu ölüm hökmü gözləyir.
/ FaktXeber.com /

Geri qayıt