Əsas Səhifə > Cəmiyyət > MİTİNQƏ GƏLƏNLƏR YOXLANILIR
MİTİNQƏ GƏLƏNLƏR YOXLANILIR8-04-2012, 15:15 |
POLİS GÖRƏSƏN, HANSI TƏXRİBATDAN EHTİYAT EDİR? DİA.AZ: - Qabaqcadan məlumat verildiyi kimi, müxalifətin bugünkü aksiyasında polis mitinq iştirakçılarının üst-başını yoxlama haqqında qərar verib. Aksiya keçirilən ərazidə olan DİA.AZ əməkdaşının verdiyi məlumata görə, hazırda müxalifət qüvvələri mitinq meydanına doğru irəliləməkdədirlər və daha çox gənc mitinqçilərin üzərləri polis tərəfindən yoxlanılır. Hər halda, polisin bu ehtiyat tədbirini təhlükəsizliyin təminatı kimi qiymətləndirilir. 15.10 Polis əməkdaşları aksiya iştirakçılarını metal detektorlarla yoxlayıb meydana buraxırlar. 15.08 AzadlıqRadiosunun əməkdaşı xəbər verir ki, mitinqin keçiriləcəyi ərazi yaxınlığında avtomobillərin saxlanmasına icazə verilmir. Bundan başqa, yaxınlıqda toplaşan onlarla insanın aksiyaya getməsinə şərait yaradılmır. 120 saylı avtobusun sürücüləri AzadlıqRadiosuna deyiblər ki, onlara mitinq başa çatana kimi işləməməyi tapşırıblar. 14.35 İctimai Palatanın aprelin 8-də şəhərin kənarında keçirilməsi nəzərdə tutulan aksiyasına insanlar toplaşmaqdadır. Hadisə yerində olan AzadlıqRadiosunun əməkdaşları xəbər verirlər ki, artıq təşkilatçılar da aksiyanın keçiriləcəyi meydandadır. Meydana bayraq və şüarlar gətirilir. Müxbirlərimiz həmçinin bildirir ki, həmin meydana daxil olan aksiya iştirakçıları hələ ki, yoxlanmırlar. Halbuki, aprelin 7-də İctimai Palatadan bildirmişdilər ki, polis aksiyaya gələnləri bir-bir metal detektorlarla yoxlayıb, meydana buraxacaq. Təşkilatçıların sözlərinə görə, bunu onlara Bakı şəhər Baş Polis İdarəsindən bildiriblər. Bu tədbirlərin aksiya iştirakçılarının təhlükəsizliyi və baş verə biləcək təxribatın qarşısını almaq məqsədi ilə görüldüyü bildirilmişdi. Aksiya Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb. Geri qayıt |