Əsas Səhifə > Partiya > POLİS MİTİNQƏ HAZIRDIR... GÖZLƏYİR

POLİS MİTİNQƏ HAZIRDIR... GÖZLƏYİR


8-04-2012, 15:00
POLİS MİTİNQƏ HAZIRDIR... GÖZLƏYİR

ƏRAZİDƏ MÜLKİ GEYİMLİ POLİSLƏR DƏ VAR

İctima Palatanın bu gün saat 16-ya təyin etdiyi, Bakı Şəhər İcra Hakimiyyətinin icazə və yer verdiyi mitinqin başlanmasına bir neçə saat qalsa da, artıq polis qüvvələri mitinq meydanında - Bibiheybət qəsəbəsində yerləşən sürücülük məktəbinin meydançasında öz yerlərini tutub durublar.

POLİS MİTİNQƏ HAZIRDIR... GÖZLƏYİR

Bu barədə musavat.com-a məlumat verən əməkdaşımız Fərahim İlqaroğlunun sözlərinə görə, polislər sürücülük məktəbinin meydançasına avtobuslarla və yaraqlı-yasaqlı şəkildə gətiriliblər: "Onlar mitinqin mühafizəsi,ictimai asayişin qorunması ilə məşğul olacaqlarsa da, döyüşə gələnlərə oxşayırlar. Bundan başqa, ətrafda xeyli sayda mülki geyimli polislər də var, onlar mitinq iştirakçılarının arasına qarışacaqlar".

POLİS MİTİNQƏ HAZIRDIR... GÖZLƏYİR

Reportyorumuzun verdiyi xəbərə görə, başda İP liderlərindən Pənah Hüseyn olmaqla mitinq meydanında azsaylı müxalifət fəalları da var. Onlar transparantları yerləşdirir, tribunanı qaydaya salır, son və zəruri hazırlıq işləri görürlər.

musavat.com


Geri qayıt