Əsas Səhifə > Cəmiyyət > GƏNCƏDƏ 17 YAŞLI NİŞANLI QIZ EVDƏN QAÇDI
GƏNCƏDƏ 17 YAŞLI NİŞANLI QIZ EVDƏN QAÇDI8-04-2012, 11:46 |
ONUN BAŞQASINI SEVDİYİ SÖYLƏNİLİR Azərbaycanın Gəncə şəhərində 17 yaşlı qız evlərini tərk edib. Bu barədə qızın atası ANS PRESS-ə məlumat verib. Belə ki, aprelin 6-da saat 21:00 radələrində 1994-cü il təvəllüdlü M.N. evdən naməlum istiqamətə çıxıb və geri dönməyib. O çıxarkən ailəsinə yazdığı məktubda bildirib: “Məni bir daha axtarmayın. Sadəcə mənim üçün dua edin”. 17 yaşlı qızın atasının sözlərinə görə, övladının psixi problemi olmayıb və onunla bağlı evlərində narazılıq yaşanmayıb. Ata bildirir ki, qızı 9-cu sinifdən təhsilini davam etdirmək istəməyib və nişanlanıb. O, 2 ildir nişanlıymış. Məsələ ilə bağlı Kəpəz rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 17 yaşlı qız evdən nişanlısını sevmədiyinə görə qaçıb. O, bir neçə vaxt bundan əvvəl telefon vasitəsilə Daşkəsəndə hərbi xidmətdə olan başqa bir gənclə tanış olub. Sonradan qız yeni telefon nömrəsi alıb və evdən də məhz həmin gənclə görüşmək üçün qaçıb. Araşdırmalar zamanı məlum olub ki, 17 yaşlı qız qohumları ilə əlaqə saxlayıb və nişanı qaytarıldıqdan sonra evə qayıdacağını bildirib. Qız yerini deməsə də Daşkəsəndə sevdiyi oğlanın yanında olmadığını qeyd edib. Polis qızın harada olduğunu araşdırır. Geri qayıt |