Əsas Səhifə > Şou-biznes > DİLYA YADİGAROVA NİYƏ BAKIDA QALDI?

DİLYA YADİGAROVA NİYƏ BAKIDA QALDI?


8-04-2012, 11:42
DİLYA YADİGAROVA NİYƏ BAKIDA QALDI?

RUSİYALI APARICI 20 MİN MANATLIQ PROJEDƏ

Xəyyam Nisanovun, RU TV telekanalının məşhur aparıcısı Dilya Yadigarova ilə çəkdirdiyi klip səs-küysüz ötüşməyəcək.

Milli.Az xəbər verir ki, bir neçə dəqiqə bundan öncə paytaxt restoranlarının birində populyar müğənni Xəyyam Nisanov «Bakı-Moskva» adlı mahnısına çəkdirdiyi klipinə və eyniadlı alboma fərqli təqdimat mərasimi keçirdi. Klipgördüyə yetərincə yerli ulduzlardan Faiq Ağayev, Röya Ayxan, Abbas Bağırov, Aygün Kazımova, prodüser Tolik, tanınmış radio aparıcıları Gülnar Muradova, İlahə Şıxlinskaya, Nurlana, teleaparıcı Afaq Gəncəli və başqaları qatılsa da ən çox diqqət çəkən qonaq tanınmış rusiyalı seks-simvol, RU TV telekanalının cazibədar aparıcısı Dilya Yadigarova oldu desək, daha düzgün səslənər.

Azərbaycanla paralel olaraq Rusiya və Türkiyə şou-biznesində iri addımlarla irəliləməyi qarşısına məqsəd qoyan Xəyyamla dostluq etməyi özünə şərəf bilən Dilyanın, məhz təqdimatda iştirak etmək üçün daha bir neçə gün Bakıda qaldığını öyrəndik. Məlumatı təsdiqləyən müğənninin musiqi prodüseri, teleaparıcı-bəstəkar Murad Arif də dedi ki, məhz rusiyalı qonağın iştirakına görə onlar təqdimatı həftəsonu, daha dəqiqi, tələsik etmək məcburiyyətində qalıblar.

Çəkilişləri həm Bakıda, həm də Moskvada aparılan klipin rejissoru Anar Abbasovdur.
Milli.Az-a açıqlama verən Nisanov bildirdi ki, bu, onun ən yaxşı klipidir: ”Dilya, rolunun öhdəsindən çox məharətlə gəldi. Həm də vətənimiz çox xoşuna gəldiyi üçün, çəkilişlərə ürəklə qatılırdı. Və dəstək olsun deyə, təqdimata gəldi. Təşəkkür edirəm bütün dostlarıma, bu sevincli günümü bölüşdükləri üçün”.

Tədbir başlayan andan jurnalistlərin əksəriyyəti ekran işinə nə qədər maliyyə vəsaiti xərclənməsi ilə maraqlandı. Xəyyam bu dəfə də doğru danışdı. Məlum oldu ki, əsas süjet xətti sevgi olan klipə 20 min manat pul xərclənib.


Geri qayıt