Əsas Səhifə > Siyasət, Manşet > İSRAİLDƏN ALDIĞMIZ ŞOK SİLAHLAR

İSRAİLDƏN ALDIĞMIZ ŞOK SİLAHLAR


7-04-2012, 13:30
İSRAİLDƏN ALDIĞMIZ ŞOK SİLAHLAR

İRANIN NİYƏ NARAHAT OLDUĞUNU İNDİ ANLAMAQ MÜMKÜNDÜR

DİA.AZ: - Hərbi mövzular üzrə ixtisaslaşan StrategyPage saytı bu ilin mart ayında imzalanmış 1,6 mlrd. dəyərindəki saziş əsasında Azərbaycana gətirilən İsrail silahlarının siyahısını açıqlayıb.

Sazişin təfsilatına yer verilməmişdi, amma indi sirr pərdələri qaldırıldı, deyə StrategyPage bildirir.

Alınan silahlar arasında gəmi əleyhinə hərəkət məsafəsi 36 km olan Gabriel-522-x raketləri qeyd olunur. Azərbaycan onlardan Xəzər sahillərini İranın bu bölgədə sayı artmaqda olan hərbi gəmilərindən qorumaq üçün istifadə edəcək.

Bundan başqa, beş ədəd Heron və beş ədəd Searcher pilotsuz təyyarələri əldə edilib.

Heron – 4,6 tonluq pilotsuz uçuş aparatı (PUA) 14000 metr yüksəklikdə işləmək iqtidarındadır. Heron bir ton faydalı yük daşıya bilir və yerdə olanlar haqqında müfəssəl təsəvvür yarada bilən cihazlar yerləşdirməyə imkan verir.

Bu pilotsuz təyyarənin uçuş müddəti 36 saatdır ki, bu da Heron-u Amerikanın MQ-9 Reaper təyyarəsinin rəqibinə çevirir.

İkinci PUA – Searcher 2,5 ton ağırlığındadır və 20 saat havada qala bilər. Maksimal uçuş yüksəkliyi 7500 metr, uçuş məsafəsi isə operatordan 300 km. təşkil edir. 120 kq. faydalı yük daşıya bilir.

RƏM sistemlərindən Azərbaycan Barak-8 sistemləri və onlar üçün 75 raket əldə edib. Barak raketinin hər biri təxminən 1,6 mln. dollardır, 21,8 kiloqramlıq döyüş başlığı ilə birlikdə çəkisi 98 kq-dır, uçuş məsafəsi 10 km təşkil edir.

Raketlər 8 hissədən ibarət konteynerlərdə yerləşdirilib (minimum qulluq tələb edir) və vertikal atılır.

RLS 360 dərəcə qət edir, raketlər isə hücumda olan gəmi əleyhinə və ya uçan raketləri 500 metr məsafədən vura bilər. Hər bir Barak sistemi (raketləri, radarı, kompüterləri və qurğusu olan konteyner) təxminən 24 mln. dollar dəyərindədir.

Sistem təyyarələrə qarşı da səmərəlidir. Barak gəmilərdə və ya yük maşınlarında quraşdırıla bilər.

Bundan başqa, sazişin bir hissəsi Green Pine radiolokasiya sistemlərinin əldə edilməsinə aiddir. İsrail bu RLS-dən öz raket əleyhinə müdafiə sistemində istifadə edir. O, 500 km-ə qədər məsafədə ballistik raketləri, habelə yaxınlaşan təyyarələri müəyyən edə bilir.

Azərbaycan İrana bütün bu silahların İrana qarşı müharibə aparılması üçün deyil, qonşu Ermənistanla ərazi mübahisəsinin həlli üçün nəzərdə tutulduğu barədə xəbərdarlıq edib. İki il əvvəl İranla düşmənçilik və Ermənistanla mübahisələr neftlə zəngin olan Azərbaycanı hərbi büdcəsini 87% - 3,1 mlrd. dollara qədər artırmağa sövq etdi. Büdcənin demək olar ki, yarısı silahlı qüvvələrin müasirləşdirilməsinə xərcləndi. Terrorizmə qarşı mübarizə imkanlarının yaxşılaşdırılmasına gizlin olaraq böyük pul vəsaitləri xərclənib. İsrail Azərbaycanda İranın sponsorluq etdiyi İslam terrorizminin aşkar olunması və ona qarşı mübarizə üzrə məsləhət xidmətləri göstərdi və xüsusi avadanlıqlarla təmin etdi.


Geri qayıt