Əsas Səhifə > Cəmiyyət > GOR DAVASI QATİLİNİN SİLAHI TAPILIB
GOR DAVASI QATİLİNİN SİLAHI TAPILIB7-04-2012, 13:19 |
AMMA QATİLİN ÖZÜ YAXALANMAYIB Bakı qəbristanlıqlarından birində baş vermiş atışma ilə bağlı yeni xəbər var. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, odlu silahdan atəş açaraq Cavid Məmmədovu yaralamış Heybət Abbasovun evinə baxış zamanı 1 ədəd "Makarov" markalı tapançası və vasitələri aşkar edilərək götürülüb. Qeyd edək ki, aprelin 4-də qəbristanlığın rəhbəri olan Zülfiqar Məmmədov həmin ərazidə qəbir yeri olan Zeynal Abbasovu bıçaqlayıb. Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Zülfiqar Məmmədov tutulub. Zülfiqar Məmmədovun ifadəsindən sonra məlum olub ki, həmin gün Z.Abbasovun qardaşı Heybət “Makarov” tipli tapança ilə Z.Məmmədovun oğlu Cavidi bud nahiyəsindən yaralayıb. Məlum olub ki, Zeynal Abbasov və qardaşı Heybət qəbristanlıqda əvvəlcədən aldıqları 15 nəfərlik qəbir yerini genişləndirmək istəyiblər. Qəbristanlığın rəhbəri Zülfiqar Məmmədov buna icazə verməyib. Elə bu mübahisə üstündə Heybət tapança ilə Zülfiqar Məmmədovun oğlu Cavidi güllələyib. Oğlunu qan içində görən ata özündən çıxaraq Zeynal və Heybət qardaşlarının üstünə gedib. Mübahisə zamanı təkləndiyini görən Zülfiqar bıçaqla Zeynala xəsarət yetirib. Ötən gün Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 4-də odlu silahdan atəş açaraq Cavid Məmmədovu yaralamış Heybət Abbasovun evinə baxış zamanı oradan 1 ədəd "Makarov" markalı tapança, 2 ədəd tapança patronu və 1 ədəd patron darağı aşkar edilərək götürülüb. Hazırda H.Abbasovun tutulması istiqamətində axtarış tədbirləri davam etdirilir. Geri qayıt |