Əsas Səhifə > Cəmiyyət > ÖMÜRLÜK MƏHBUSLAR MÜDAFİƏ OLUNUR
ÖMÜRLÜK MƏHBUSLAR MÜDAFİƏ OLUNUR6-04-2012, 17:40 |
HƏBSXANANIN BAŞ HƏKİMİNDƏN ŞİKAYƏTLƏR VAR İnsan hüquqları klubu ömürlük məhbusların doğmaları ilə birlikdə onların hüquqlarını müdafiə kampaniyasına başladıqlarını elan edib. Bu gün Media Mərkəzdə keçirilən mətbuat konfransında Klub sədri Rəsul Cəfərov qeyd edib ki, kampaniyaya 1998-ci ilə qədər, bu dövrdən sonra ömürlük həbs olunanların hüquqlarının müdafiəsindən, habelə saxlanma şəraitinin yaxşılaşdırılması haqqında tələbdən ibarət olacaq. Ömürlük məhbusların doğmalarına müraciət edən Cəfərov deyib ki, onlar indiyədək ayrı-ayrılıqda hərəkət edirdilər, bu kampaniyanın məqsədi isə ömürlük məhbusların bütün doğmalarını birləşdirməkdən ibarətdir. Vəkil Elçin Namazov xatırladıb ki, 1998-ci ildə parlament ölüm cəzasının ləğv edilməsi haqqında qanun qəbul edib. Bu kateqoriyadan olan şəxslərin cəzası avtomatik olaraq o zaman üçün ən maksimal cəzaya – 15 il azadlıqdan məhrumetmə ilə əvəz edildi. Yalnız iki il sonra – 2000-ci ildə yeni Cinayət Məcəlləsi qəbul edildi. Ona görə maksimal cəza ömürlük həbs oldu. Bu əsasla məhbuslar onların cəzasının ömürlük həbs deyil, məhz 15 il azadlıqdan məhrumetmə olduğunu hesab edirlər. Bununla əlaqədar olaraq, vəkil bu məsələnin həlli üçün iki yol təklif etdi: bu qanuna dəyişikliklər edilməsi, ömürlük məhbusların prezident tərəfindən əfvinin elan edilməsi. Mətbuat konfransında ömürlük məhbusların doğmaları çıxış ediblər. Onlar ömürlük məhbusların saxlanam şəraitindən, Qobustan həbsxanasında onlara qarşı pis davranılmasından şikayət edib. Xüsusilə Nazim Eyvazovdan – həbsxananın baş həkimindən şikayətlər daxil olur. Doğmalar həmçinin həbsxanada tətbiq olunan yeni metodlardan şikayətləniblər, bir-birinə qarşı olan məhbusları bir kameraya yerləşdirirlər ki, onlar bir-birini döysünlər. Görüşün yekunlarına görə dövlət başçısına və müvafiq qurumların rəhbərlərinə müraciət qəbul edilib. Müraciəti 20-dən çox ömürlük məhbusun doğmaları imzalayıblar. 1998-ci ildə ölüm cəzasına 132 nəfər məhkum olunmuşdu. Ölüm cəzası ləğv edildikdən və ömürlük həbslə əvəz edildikdən sonra Qobustan həbsxanasına 128 məhbus köçürülüb. Bu gün ömürlük məhbusların sayı 80 nəfər təşkil edir. Geri qayıt |