Əsas Səhifə > Şou-biznes > RƏQSANƏ İLƏ AYGÜN BİR ARADA

RƏQSANƏ İLƏ AYGÜN BİR ARADA


6-04-2012, 12:53
RƏQSANƏ İLƏ AYGÜN BİR ARADA

MÜĞƏNNİLƏR DUET OXUMAĞA HAZIRLAŞIR

Rəqsanə qadın həmkarlarından biri ilə duet hazırlayır.

İdeya hər iki tərəfin olub. Onlar rahat bir vaxt tapan kimi studiyaya gedib, müştərək sənət işini həyata keçirəcəklər. Xəbəri Milli.Az-a müğənni Rəqsanə bildirib. Lakin o, mahnı ortağının adını çəkməyə tələsməyib.

«Hərdən vəd olunan işləri başa çatdırmayıb açıqlayanda, əmması çıxır. Ona görə duet ortağımın adını sirr saxlayıram», - deyən Rəqsanə həmin xanımın adı ətrafında fikir bildirdi. Söylədi ki, o, estrada ifaçısıdır və xalq artisti fəxri adını daşıyır.

Bunun böyük ehtimalla Aygün Kazımovanın olacağını düşündük. Çünki son vaxtlar hər iki sənətçi birgə tədbir, konsert səhnələri bölüşür, barələrində isə xoş sözlər söyləyirlər. Rəqsanə hələlik bu versiyanı nə təsdiq, nə də təkzib etdi.

Deyəcəyi isə o oldu ki, duet yazılan kimi ona klip çəkiləcək.


Geri qayıt