Əsas Səhifə > Cəmiyyət > PARLAMENT QARABAĞLA BAĞLI QANUN QƏBUL EDƏ BİLƏR
PARLAMENT QARABAĞLA BAĞLI QANUN QƏBUL EDƏ BİLƏR6-04-2012, 12:34 |
BELƏ BİR TƏKLİF SƏSLƏNİB Milli Məclisin (MM) bu gün keçirilən iclasında deputatlar bəzi təkliflərlə çıxış ediblər. APA-nın məlumatına görə, deputat Qənirə Paşayeva İraqda Azərbaycan səfirliyinin açılmasının vacib olduğunu söyləyib. BAXCP sədri Qüdrət Həsənquliyev Rusiyanın Minsk qrupunun həmsədri kimi fəaliyyətini tənqid edib. Spiker Oqtay Əsədov isə bildirib ki, Azərbaycan Qarabağ məsələsində Rusiyanın göstərdiyi səyləri nəzərə almaya bilməz: “Ən azı Rusiya prezidentinin təşəbbüsü ilə Ermənistan və Azərbaycan prezidentləri 10 dəfə görüşüb”. Deputat Zahid Oruc Qarabağla bağlı qanununun qəbul olunmasını təklif edib. Spiker Oqtay Əsədov isə bu təklifə “Qanunu hazırlayın, baxarıq”, cavabını verib. Geri qayıt |