Əsas Səhifə > Siyasət, Manşet > RƏSUL QULİYEVDƏN YENİ AVANTÜRA

RƏSUL QULİYEVDƏN YENİ AVANTÜRA


5-04-2012, 13:45
RƏSUL QULİYEVDƏN YENİ AVANTÜRA

MÜHACİR PARTİYA LİDERİ İNDİ DƏ GƏNCLƏRİ «ZİBİLƏ SALMAQ» İSTƏYİR

DİA.AZ: - 2005-ci ilin 17 Oktyabr hadisələri zamanı iki nazirin qollarının qandallanmasına nədən olan və ümumiyyətlə, hakim düşərgədən qovulduqdan sonra işi-gücü yalnız problemlər yaratmaq olan keçmiş parlament sədri, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev indi də gənc nəsli hədəfə alıb. Redaksiyamızın əldə etdiyi bilgilər də təsdiqləyir ki, mühacir lider hətta gəncləri «zibilə sala» bilməsi üçün külli miqdarda pulundan da vaz keçmək niyyətindədir.

Qeyd edək ki, keçən ilin 11 Mart tarixindən etibarən Azərbaycanın müxalif düşüncəli gəncləri YAP iqtidarı ilə mübarizə tarixində yeni səhifənin açılmasına nail oldular. Məhz Azərbaycan gənclərinin təşəbbüsü ilə neçə müddətdir davam edən siyasi sütlük aradan qalxdı və gənclər hətta yaşlı müxaliflərin belə hərəkətə keçməsinə nədən oldular.

Məhz bundan sonra hakimiyyət də alternativ olaraq öz gənclər komandaları ilə fəaliyyətini daha da intensivləşdirmək zorunda qaldı. Hətta bu məqsədlə dövlət büdcəsindən belə külli miqdarda pullar ayrıldı. Amma nəticə heç də iqtidarın maraqlarına uycun formalaşmadı. Hətta həyata keçirilən repressiyalar belə artıq yaşlı nəsildən estafeti almış gənc nəslin mübarizə ruhunun qırılmasına nədən ola bilmədi.

Amma deyəsən, hakimiyyət bu dəfə də köhnə silahını işə salmaq fikrinə düşüb. DİA.AZ-a məlumatlı dairələrdən ötürülən informasiyada bildirilir ki, yenə də ənənəvi olaraq Rəsul Quliyevdən istifadə olunacaq. Xatırladaq ki, Rəsul Quliyev ABŞ-da qərarlaşmasına rəğmən rəsmi Vaşinqton bu adamdan rəsmən imtina edib. Bu ölkənin Dövlət Departamenti tərəfindən hələ illər əvvəl açıqlanan rəydə də bildirilib ki, ABŞ-da «qrin kart» hesabına yaşayan sabiq parlament sədrimiz əslində Rusiyanın xüsusi xidmət orqanları ilə əlaqədardır. Onun bu rabitəsi sonradan Fərhad Əliyevlə Əli İnsanovun həbsi zamanı da ortaya çıxmış oldu.

İki naziri məhbəsə yola salan və onlarla iş adamını hakimiyyətin hədəfinə çevirən Rəsul Quliyev bu dəfə gənc nəsllə bağlı planlar üzərində baş sındırır. Mötəbər mənbə iddia edir ki, ACP lideri yeni gənclər təşkilatının yaradılması üçün Bakıdakı dayaqlarına təlimatlar verib: «Bu iş üçün kifayət qədər ciddi vəsait də ayrılıb ki, fəal müxalif fikirli gənclərin cəlb olunmasında problemlər yaranmasın. Hətta AXCP-yə və Müsavata yaxın olan gənclərin yeni yaradılacaq təşkilata qoşulmasına nail olunması Rəsul Quliyevin bir nömrəli tapşırığıdır».

Bu yolla fəal gəncliyi yenidən repressiya maşının hədəfinə mənasız şəraitdə çevriləcəyini söyləyən mənbəmiz onu da vurğuladı ki, artıq bəzi müxalif fikirli gənclər Rəsul Quliyevlə işbirliyinə maraq göstərməyə başlayıblar.

Mövzu diqqətimizdədir. Bizi izləyin…


Geri qayıt