Əsas Səhifə > Cəmiyyət > AMERIKA YARDIM ƏLINI UZADIR

AMERIKA YARDIM ƏLINI UZADIR


8-10-2011, 12:54
AMERIKA YARDIM ƏLINI UZADIR

AZƏRBAYCAN-İSRAİL-TÜRKİYƏ MÜNASİBƏTLƏRİNİ DÜZƏLTMƏK ÜÇÜN

“Azərbaycan Amerikanın yaxın dostudur və Azərbaycan həmçinin İsrailin də etibarlı dostudur.

Mən bir səfir kimi ABŞ-Azərbaycan-İsrail-Türkiyə əlaqələrinin möhkəmləndirilməsi üçün əlimdən gələni etməyə çalışıram”. Bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza APA-nın “Türkiyənin Azərbaycandan İsraillə əlaqələrinə yenidən baxmaq çağırışına Vaşinqtonun münasibəti neçədir?” sualına cavabında deyib. Səfir bildirib ki, Azərbaycan tam müstəqil dövlətdir. O xatırladıb ki, uzun illər Türkiyə-İsrail əməkdaşlığı Yaxın Şərq regionunda mühüm starateji amil olub: “Azərbaycan açıq bəyan edib ki, İsraillə yalnız tərəfdaş deyil, həm də dostdur. Mən bir səfir kimi bu üçtərəfli əməkdaşlığın gücləndirilməsi üçün nə lazımdırsa edirəm. Bizim ölkələr ortaq maraqlara malikdirlər və biz bu əməkdaşlığı möhkəmləndirməliyik”.

İkitərəfli Türkiyə-İsrail gərginliyinə gəlincə, Brayza ümid etdiyini bildirib ki, yaxın zamanlarda bu münasibətlər normallaşacaq və yenidən uzun illər mövcud olmuş səviyyəyə qayıdacaq.

Geri qayıt